Paşinyan onu tənqid edən erməni fəalı hədələdi
8-11-2020, 09:48
89

Paşinyan onu tənqid edən erməni fəalı hədələdi

Xəbər verdiyimiz kimi, Qafqaz Sülh Təşəbbüsləri Mərkəzinin direktoru, Tavuş bölgəsinin Nerkin Tsaxkavan kəndindən olan Georgi Vanyan Ermənistanın baş naziri Nikol Paşinyana müraciət ünvanlayıb.
Müraciətində Paşinyanı cinayətlərdən və yalanlardan əl çəkməyə çağıran Vanyan təzyiqlərə məruz qalıb.
O, bu barədə "Facebook" hesabında məlumat paylaşıb: "Polislər indicə mənim yanıma gəldilər və tələb etdilər ki, Ermənistanın baş nazirinə ünvanladığım müharibəni dayandırmaq və qonşu dövlətlə birbaşa danışıqlara başlamaqla bağlı açıq məktubumun mətnini səhifədən silim. Həmçinin, astronomik cərimə ilə hansısa aktı imzalamağı təklif etdilər və dedilər ki, məktubu silməsəm cərimənin məbləği iki dəfə artacaq. Aktı imzalamaqdan imtina etdim və yazılı şəkildə əsaslandırma təqdim olunmasını tələb etdim. Müraciətimdə Ermənistan Respublikası qanunvericiliyinin pozulduğunu görmürəm.
Polis və prokurorluq illərdir dövlət və özəl televiziya kanalları da daxil olmaqla mənə qarşı yayılan böhtan və təhdidlərin qarşısının alınması üçün heç bir tədbir görməyib. Məni fiziki cəhətdən məhv etmək üçün çağırış edən, ultimatum irəli sürən, ölkəni dərhal tərk etməyi tələb edən saytlar və sosial şəbəkə istifadəçiləri paylaşımlarını dayandırmayıblar. Eyni tələblə evimə xuliqanlar girəndə səlahiyyətli şəxslər fəaliyyətsiz idilər və qanuni müdafiəmi etmədilər. İtimi güllələyən cinayətkarlar cəzasız qaldı. Ermənistan hökuməti olaraq müharibəni dayandırmaq və danışıqlara şərait yaratmaq üçün beynəlxalq birliyə müraciət edərkən, yol göstərirəm və məktubuma cavab olaraq bu məqsədə xidmət etməyə hazır olduğumu bildirirəm ... Polis dərhal cavab verir".//Azvision.az

Oxşar xəbərlər

Şahnazaryan da Nikol Paşinyanı istefaya çağırdı
Erməni əsgəri səngərdə sellofanın üstündə yatır: "Paşinyan, erməni əsgərinin yataq kisəsi haradadır?" - FOTO
Başlandı: Ermənistanda müdafiə naziri ilə general əlbəyaxa oldu
Ermənistanın müdafiə nazirinin Rusiyaya səfərinin əsl məqsədi bəlli olub
Paşinyan bu dəfə Gürcüstan ərazisinə iddia etdi - FOTO
Erməni milyonçunun Paşinyana məktubu Ermənistanı silkələdi
Erməni hərbi əsir Paşinyanı SÖYDÜ - VİDEO
Paşinyan İsraildən üzr istədi
“Polislərin köməyi ilə evimi ələ keçirmək istəyirlər”
Paşinyan istefaya gedən məmurların yerinə namizədlərini açıqladı
Rəsmi Bakının cavabı sərt olacaq – Arkov
Paşinyan kömək istədi, Rusiya "yox" dedi
Moskvanın cavabı erməniləri pərt edib
Sarqsyan Paşinyana ismarış göndərib
Ermənistanın bütün sərhədləri Rusiyaya verildi - Əsgərsiz qalan Paşinyanın "çıxış yolu"...
Paşinyan bu dəfə Putinə məktub yazdı
Ermənistanın könüllülərdən tələbi: “Azərbaycan dilini bilməlisən” - FOTO
Paşinyan bu görüşdən İMTİNA ETDİ
“Bu, mənim erməni xalqına sözümdür” - İlham Əliyev
Makron erməni lobbisinin girovudur - VİDEO
Paşinyan daha bir vəzifəli şəxsi işindən azad edib
“Nikol, sən artıq məğlub olmusan” - Erməni deputat
"Son anda Kəlbəcər və Laçının qaytarılmasından imtina etdilər" - Prezident
Ermənistanın ədliyyə naziri Qarabağ döyüşlərinə qatılmaqdan imtina etdi
Paşinyan xalqa yalvarandan sonra kişilər deyil, qadınlar cəbhəyə getdi
Paşinyan əsgərləri təhqir edənə vəzifə verdi
Nikol Paşinyan bitib…
Ermənistanın "Vətən" muzdlu dəstəsi DARMADAĞIN EDİLİB
“Paşinyan hökuməti istefaya getməlidir!“ - Ermənistanın ilk Baş naziri
Ermənistan Rusiya diplomatiyasını pis vəziyyətdə qoydu