Türkiyənin Kilis və Qaziantep bölgələrində "Supercell" fırtınası baş verib. Türkiyə mediası xəbər verir ki, “Supercell” fırtınası nəticəsində Kilisdə qoz böyüklüyündə dolu yağmağa başlayıb. Həmin ərazilərin səmasında ildırım və şimşək çaxması olduqca aktiv şəkildə müşahidə edilib.