Analitik Ekspertiza Mərkəzinin Əczaçılıq müfəttişliyi şöbəsinin müfəttişi Elvin Nağıyev qeyd edib ki, “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının qanununun müvafiq maddəsinə əsasən, aptek təşkilatlarında yalnız insan həyatı üçün təhlükə olan hallarda ilkin tibbi yardım göstərilə bilər.
“İlkin tibbi yardıma yalnız bədən hərarətinin, boyun və çəkinin, arterial təzyiqin ölçülməsi və qanda şəkərin miqdarının təyini kimi kiçik prosedurlar daxildir. Lakin bu prosedurlardan əlavə apteklərdə iynə vurulması, sistem qoşulması kimi halların tətbiq edilməsi yolverilməzdir. Bu kimi hallara yol verən aptek təşkilatları İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə inzibati məsuliyyət daşıyırlar”, - deyə o qeyd edib.