"Qərb "Rusiyanın süqutuna hazırlaşmalıdır"".  
Bu fikri həbsdə olan Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili “Frans Press” agentliyinə vəkili vasitəsilə göndərdiyi məktubda bildirib.  
Onun sözlərinə görə, “Ukraynanın qaçılmaz qələbəsi Gürcüstanda və regionda vəziyyəti tamamilə dəyişəcək”.
“Ukrayna həmişəlik regionda super gücə çevrilib. Polşa ilə birlikdə regionda hər şeyi, o cümlədən Gürcüstanda baş verənləri həll edir... Qərb Rusiyanın parçalanacağını anlamalı və buna hazırlaşmalıdır”, - Saakaşvili ifadə edib. 
Siyasətçi son olaraq, “Ukraynanın yekun qələbəsinə qədər də Gürcüstanda vəziyyət kəskin şəkildə dəyişəcək”,- deyə vurğulayıb.