Türkiyə-İran sərhədində sərhəd naqillərinə ilişən çantanın izinə düşən polis, İrandan keçərək bombalı hücum törətmək üçün Türkiyəyə gələn terrorçunu zərərsizləşdirib.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Aparılan araşdırmalarda saxlanılan şəxsin silahlı və ya bombalı hücum təşkil etmək üçün Ağrının Doğubayazıt rayonuna gəldiyi məlum olub.
Bundan əlavə, terrorçunun İranda fəaliyyət göstərən Suriya əsilli, Memo/Mamo Kasım kod adlı Rodi Ebdilla Ehmet adlı təşkilat üzvü olduğu müəyyən edilib.
Təşkilat üzvü bələdiyyə binasına girərkən yaxalanıb.