Şotlandiyada "Seltik” və "Reyncers”in qadın futbol komandaları arasında keçirilən qarşılaşma qalmaqalla yekunlaşıb.
Matçın sonunda hər iki komandanın məşqçilər korpusu arasında mübahisə düşüb.
Sözügedən komandalar arasındakı prinsipiallıq qadın futboluna da sirayət edib. Ancaq bu dəfə gərginlik futbolçular deyil, məşqçilər arasında yaşanıb. Daha doğrusu, məşqçilərdən biri rəqibini vurmaqla diqqət mərkəzinə düşüb.
"Seltik"in futbolçusu Keytlin Hayis matçın 90+9-cu dəqiqəsində qol vuraraq komandasının çətin səfər matçından bərabərliklə qayıtmasını təmin edib. Final fitindən sonra "Seltik"in baş məşqçisi Fran Alonso futbolçularını təbrik edərkən şok hərəkətlə üz-üzə qalıb. "Reyncers"in köməkçi məşqçilərindən biri Kreyq Makferson meydanda qazandığı xalı qeyd edən həmkarına yaxınlaşaraq onu başı ilə vurub. Bundan təəccüblənən ətrafdakılar məsələnin böyüməməsi üçün Makfersonun qarşısını almağa çalışıb. Bununla belə, "Seltik"in baş məşqçisi üzləşdiyi hücuma baxmayaraq, "Reyncers"dəki həmkarının cəzalandırılmasını istəməyəcəyini bildirib.
O, oyundan sonra açıqlamasında "Bu hərəkətin səbəbi məyusluqdur. Məndə də belə bir məyusluq olsaydı, onu bu şəkildə göstərməzdim. Amma bizdə belə oldu və mən bunun səbəbini başa düşürəm. Bu futboldur, emosiyalardır. O məni çox da bərk vurmadı. Bir az təmas hiss etdim və sonra mənə "balaca siçan" dediyini eşitdim. Səbəbini bilmirəm. Düzünü desəm, bunun mənim üçün heç bir əhəmiyyəti yoxdur. Oyunun bir hissəsi kimi olanları buradaca buraxa bilərik" - sözlərini söyləyib.
"Reyncers"in baş məşqçisi Malki Tomson köməkçisinin hərəkətinin ciddi bir şey olmadığını, lakin bunu araşdıracaqlarını deyib: "Baş verənləri görənə qədər şərh verməyəcəyəm. Əgər belədirsə, araşdırma başlanacaq. Kreyq o tip insan deyil. Düşünürəm ki, bu, ehtirasdır və bu kimi şeyləri hər iki tərəfin qarşılaşdığı matçlarda çox görmüşük”.
Məşqçilər arasında baş verən xoşagəlməz halın gğörüntüləri sosial şəbəkələrdə də yayılıb.
Oyundan sonra qalmaqal: Məşqçi rəqib həmkarını vurdu - VİDEO
28
mart
18:30

Qarabağ
OXŞAR XƏBƏRLƏR
“Qəbələ”nin Türkiyədəki oyununda dava düşdü - Video
“Nəyə baxırsan, axmaq?” - Messidən rəqibə kobud rəftar
Futbol matçında qalmaqal: Klub prezidenti rəqibin oyunçusunu şillələdi - FOTO
Messinin başı dərddə - FİFA araşdırmalara başladı
Gürcüstanda polis türkiyəli idmançılara hücum etdi
"Sabah"ın baş məşqçisi cəzalandırıldı
Avropa Liqasında gecənin bütün nəticələri: "Beşiktaş" son saniyələrdə...
101 metrdən qol vurdu - Video
Baş məşqçi qadın hakimə kəllə vurdu - VİDEO
Şahruddin meydanı xərəkdə tərk etdi
Ermənistanda azerkeşlər arasında "butulka" davası - VİDEO
“Neftçi”nin baş məşqçisi hakimləri təhqir etdi, ağır cəza aldı
Stadionda İNSİDENT: Fanat “Beşiktaş“ın futbolçusunu təpiklə vurdu
Lüksemburqun idman naziri "Qarabağ"dan üzr istədi
Azərbaycan çempionatının oyununda MÜNAQİŞƏ
Qadın futbolçular qaçmağa çalışan hakimi döydü - Video
Qadın müştərilər taksi sürücüsünü öldürdülər
Qadın deputat naziri canlı yayımda sillələdi - VİDEO
Rafael Ağayevə yeni vəzifə verildi
"Spartak"ın baş məşqçisi istefa verdi
Mbappenin final matçının fasiləsindəki gündəm olan çıxışı - Video
Şahruddinin vəziyyəti necədir?
Braziliyalı futbolçular oyundan əvvəl virusa yoluxdular
Rusiyada xokkeyçi hakimi döydü
“Arsenal” - PSV oyunu təxirə salınıb
“Zirə” - “Keşlə” oyunundan sonra hakim döyülüb
Türkiyə parlamentində qadın deputatlar dava etdi - FOTO
Türkiyəli futbolçular Bakıda dalaşıb
“Barselona”nın sabiq futbolçusu vəfat etdi
“Mançester Yunayted” “Tottenhem”ə qalib gələrək rekorda imza atdı - VİDEO
- Dünyada koronavirusdan ölüm halları kəskin azalıb
- Ürək çatışmazlığı daha tez MÜƏYYƏN EDİLƏCƏK
- Kişilər 30 yaşdan sonra niyə süd içməməlidir? – CAVAB
- 2023-cü ildə populyar olan bu telefonu almayın - SƏBƏB
- Qidalarda duz miqdarını necə azaltmaq olar?
- Tokio aeroportunda 2 təyyarə toqquşub
- Böyük Britaniyanın keçmiş baş naziri Conson parlamentdən istefa verdi
- Türkiyədə 2 bələdiyyə işçisi bir-birini güllələdi
- Rusiyanın Ukraynadakı müharibədə itkiləri - Yenilənmiş SİYAHI
- Estoniya XİN 58 rusiyalının ölkəyə girişinə qadağa qoydu: Siyahıda Patriarx Kirill də var
- Rusiya vilayətində fövqəladə vəziyyət elan edildi
- Filippində vulkan püskürdü: On mindən çox sakinin təxliyəsinə başlanıldı
- Qubadlıda çətənə kolları aşkarlandı
- İlkin Süleymanov son sözündə nələrdən danışdı? - Hakim müdaxilə etdi
- Yeni işindən 2.5 milyon qazanacaq
- Qadın sağlamlığı üçün ən faydalı mineral
- İlham Əliyev və Ərdoğanın salamlaşma anı Külliyədə coşğu ilə qarşılandı - VİDEO
- Misirdə qum fırtınasının dəhşətli görüntüləri yayıldı
- Türkiyədə sərnişin daşıyan iki avtobusun toqquşmasını əks etdirən dəhşətli görüntülər
- Almaniyanın məşhur rok qrupu dağılır
- Aleyna Tilkidən NASA-ya qəribə çağırış: “Yadplanetlilərlə görüşmək bizim haqqımızdır”
- İran və Səudiyyə Ərəbistanı yeni koalisiya yarada bilər
- Əfqanıstanda insanların riskli xilasetmə cəhdi: Həyatlarını təhlükəyə atdılar
- Gürcüstan prezidenti Saakaşvilini elektron qolbağla azadlığa buraxmağı təklif edib