Belarus prezidenti Aleksandr Lukaşenko Ukraynada atəşkəs elan olunmasını təklif edib. 
Bu barədə Belarus lideri xalqa müraciətində danışıb.
Lukaşenkonun sözlərinə görə, münaqişənin eskalasiyası başlamazdan əvvəl hərbi əməliyyatlar dayandırılmalıdır: "Mən hərbi əməliyyatların dayandırılmasını təklif edirəm". 
Onun sözlərinə görə, atəşkəsə yerdəyişmə qadağası, hər iki tərəfdən qoşunların yenidən qruplaşdırılması, eləcə də silah, sursat və hərbi texnikanın ötürülməsi daxil edilməlidir.