Tripura ştatında Milli Məclis büdcə ilə bağlı müzakirələr aparıb. Bu vaxt Hindistan Xalq Partiyasının üzvü Jadab Lal Nath mobil telefonunda əxlaqsız görüntülər izləyib.
Deputatın bu hərəkəti ətrafdakı kameralar tərəfindən görüntülənib.

Hadisə ilə bağlı Tripura Milli Məclis rəhbəri Biswabandhu Sen açıqlama verib:
"Adətən sosial şəbəkələrdə belə videolar daha tez yayılır. Mən həqiqətləri öyrənməmiş addım atmıram. Bununla da bağlı hər hansı bir şikayət gəlməyib".
"Məclisdə mobil telefon işlətmək qadağandır. Mən də bunu bilirəm. Dəfələrlə zəng etdilər. Zəngə cavab verərkən birdən-birə ədəbsiz görüntülər çıxdı. Qısa müddət sonra isə o videonu bağladım", - Nath bildirib.
Müxalifət isə Nathın bu hərəkətini əxlaqsızlıq adlandırıb və onun cəzalandırılmasını tələb edib.
VİDEO