“Şuşaya xəyanətdə" günahlandırılan Tsarukyan saxlanıldı
11-11-2020, 13:41
93

“Şuşaya xəyanətdə" günahlandırılan Tsarukyan saxlanıldı

Ermənistanda müxalif “Çiçəklənən Ermənistan” partiyasının rəhbəri, keçmiş oliqarx Qaqik Tsarukyan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Bu haqda onun partiyasının mətbuat katibi İvetta Tonoyan məlumat verib. Bildirilir ki, Tsarukyanın saxlanılması müxalifət partiyalarının bu günə-noyabrın 11-nə təyin edilmiş mitinqi ilə bağlıdır. Qarabağda hərbi əməliyyatların dayandırılmasına dair üçtərəfli sazişə etiraz olaraq təşkil edilən mitinq az əvvəl başlayıb.
“Natamamlıq kompleksindən, qorxudan uzaqlaşmaq əvəzinə hakimiyyət növbəti dəfə Tsarukyanı saxlayır. Onlar dərk etməyiblər ki, üç milyon adamın hamısını həbs etmək və ya saxlamaq mümkün deyil. Bütün hamı başa düşür ki, hakimiyyət bu sənədin imzalanmasından sonra məsuliyyəti başqalarının üstünə atmağa çalışır”,-Tonoyan bildirib.
Bundan əvvəl baş nazir Nikol Paşinyan Qaqik Tsarukyanı “Şuşada xəyanət etməkdə” günahlandırmışdı. Onun sözlərinə görə, Tsarukyan Şuşanın müdafiəsi üçün dəstə göndərməyə söz versə də, bunu eləmədi.
Qaqik Tsarukyan müharibədən əvvəl həbs edilmişdi və hərbi əməliyyatlar ermənilərin məğlubiyyətlər seriyası ilə davam edəndə onu azadlığa buraxmışdılar. Tsarukyan könüllülər dəstəsi toplayaraq Qarabağa gəlmişdi.

Oxşar xəbərlər

"Ermənistan tarixinin biabırçı səhifəsi..." - Paşinyanın istefası tələb olunur
“Çiçəklənən Ermənistan”ın lideri də “cəhənnəm”i seçdi - Qarabağa gəlir
Ermənistanda daxili siyasi böhran və Qarabağ münaqişəsi
Paşinyan sazişi imzalamasının səbəbini AÇIQLADI: “Minlərlə hərbçimiz mühasirəyə düşəcəkdi”
Paşinyan cəbhədə növbəti təxribata əl ata bilər - GƏLİŞMƏ
Ermənistanın müdafiə nazirinin Rusiyaya səfərinin əsl məqsədi bəlli olub
Tonoyan Rusiyaya getdi
Paşinyanın Əliyevdən vaxt istəməsi ictimailəşdi, orduya əmr verildi - VİDEO
Tanoyan Azərbaycan ordusunun gücünü belə ETİRAF ETDİ
Paşinyan hər gün Putinin zəhləsini tökür - Ermənilər AÇIQLADI
David Tonoyan Azərbaycan Ordusunun gücünü etiraf etdi
Çarukyanın deputatları Moskvadan “susqun” qayıtdılar
Paşinyan Qarabağdakı döyüş əməliyyatlarından yazdı
“Ordumuz Şuşa və Laçında tarix yazır”
“Daşaltı azad edilib, döyüşlər Şuşa yaxınlığında gedir” - Markov
Bu gün ABŞ-da prezident seçkisi keçiriləcək
Paşinyan xilasına çalışır: "Qarabağ kartı" ilə
“Ermənistan ərazisində hərbi hədəfimiz olmayıb” - Prezident
Ermənistanda xaos başladı – VİDEO
Erməni deputatdan etiraz: “Forma, silah, qida yoxdur!“
"Ermənistanla heç bir danışıq olmayacaq" - deputat
“Korrupsioner siyasətçilər erməni xalqına xəyanət etdilər” - Eduard Vartanyan
“Dövlət borcu artır. Bu pulları hara xərcləyiblər?“ - Erməni deputat
Qarabağda “Lənkəranı tutmaq” haqda danışılır - Xankəndində nə baş verir?
“Bundan sonra Qarabağda heç vaxt qan axmayacaq” - İsrailli nazir
Paşinyan istefaya gedən məmurların yerinə namizədlərini açıqladı
Erməni keşişdən etiraz: - “Paşinyan ruhi xəstədir”
Əsgərlərimiz Şuşaya üç tərəfdən daxil olub: Bu ən cəsarətli əməliyyat idi
Ermənistanda spikeri döyən bir neçə şəxs saxlanıldı
“Azərbaycanla Türkiyənin güclənən hərbi müttəfiqliyi Ermənistan üçün kabus olmalıdır...”