Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı Rusiya, Azərbaycan və Ermənistan arasında üçtərəfli bəyanat imzalandıqdan sonra Ermənistanın baş naziri Nikol Paşinyanla bağlı təfərrüatlar ortaya çıxıb.
Gündəlik Bakı erməni KİV-lərinə istinadən xəbər verir ki, bəyanat imzalandıqdan sonra 7 rayonun və Şuşa şəhərinin Azərbaycanın nəzarətinə keçməsindən narazı qalan ermənilər etiraz aksiyalarına başlayıb.
Həmin gün etirazçılar parlamentə, hökumət evinə, eləcə də N.Paşinyanın iqamətgahına daxil olub. Amma baş nazir heç yerdə olmayıb.
Erməni mətbuatının yazdığına görə, baş nazir Yerevanda ABŞ səfirliyinin binasında gizlənib. (Trend)
Qeyd edək ki, o, 2008-ci il 1 mart hadisələri zamanı da ABŞ səfirliyində gizlənmişdi.