Nepaldan havaya qalxdıqdan sonra quşla toqquşması nəticəsində mühərriki alovlanan "Flydubai" aviaşirkətinə məxsus təyyarə Dubay hava limanına enib.
Bu barədə aviaşirkətin mətbuat xidməti məlumat yayıb. 
Təyyarənin mühərrikinin yandığı bildirilir. 
Sərnişinlərin vəziyyəti ilə bağlı məlumat verilməyib. 
24.04.2023 / 20:38
"Fly Dubai" aviaşirkətinə məxsus sərnişin təyyarəsi Nepalın Katmandu hava limanından qalxarkən alovlanıb. 
Xarici KİV xəbər verir ki, hazırda təyyarə eniş etməyə çalışır. 
Yanğının səbəbi hələlik məlum deyil.