Hindistanda 8 yaşlı qız telefon batareyasının partlaması nəticəsində ölüb. 
Ölkənin Tiruvilvamala kəndində “Redmi Note 5 Pro” markalı smartfon partlayıb. 
Məhkəmə-tibbi ekspertiza zamanı məlum olub ki, telefonun şarj edilərkən batareyanın həddindən artıq qızması nəticəsində partlayış olub. Bu partlayış isə qızın ölümünə səbəb olub.
8 yaşlı Aditashri Kumarın atası Aşok Kumar bildirib ki, partlayış zamanı qız evdə nənəsi ilə olub. Nənə polisə bildirib ki, həmin vaxt qız yorğan altında uzanaraq smartfonla oynayırmış. Nənə qısa müddətə mətbəxə keçib, sonra partlayış səsi eşidib və geri qayıdaraq çarpayıda nəvəsini ağır vəziyyətdə görüb. 
Mütəxəssislərin fikrincə, partlayışın həddindən artıq qızma və telefonun yorğan altında olması səbəbindən baş verib.