Ermənilər Rusiyanı günahlandırır - Video
13-11-2020, 15:20
221

Ermənilər Rusiyanı günahlandırır - Video

Ermənistanda günlərdir davam edən kütləvi etiraz aksiyalarının iştirakçıları bir tərəfdən baş nazir Nikol Paşinyanın istefasını tələb etsələr də, digər tərəfdən Rusiyanın hərbi əməliyyatlarda iştirak etməməsinə qəzəblənərək bu ölkənin rəhbərliyini tənqid edir.
Bunu aksiyalardan lentə alınmış kadrlarda da açıq-aşkar görmək mümkündür.
Vətəndaşlar çıxışlarında Rusiyanın Ermənistan və Azərbaycanı eyni zamanda silahlandırdığı fikrini irəli sürərək rəsmi Moskvanın hərbi birləşmələrini Qarabağa gətirərək döyüşməli olduğunu bildiriblər.
Aksiya iştirakçılarından biri deyir: “Düşündük ki, Rusiya ilə biz doğma respublikalarıq, bizi tək qoymaz. Lakin o, bizi tək buraxdı”.
Digər bir erməni isə Rusiyanın Ermənistanı satdığını, Paşinyanın zəif siyasətçi olduğunu deyib.
Qeyd edək ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “Russia Today”ə müsahibəsində Rusiyanın münaqişənin həllində Ermənistana əhəmiyyətli bir dəstək verməməsi və bəzi ermənilərin Rusiyanın mövqeyini xəyanət kimi qiymətləndirməsinə münasibət bildirmişdi: “Rusiyaya qarşı ittihamlar tamamilə əsassızdır. Rusiya KTMT-dəki məsuliyyətlərini unutmur və müttəfiqin ərazisinə, Ermənistan ərazisinə kiminsə hücum etməsi halında Rusiya təbii ki, müttəfiqini qorumaq üçün əlindən gələni edəcək”.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin qeyd etmişdi ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür və bu müqavilə ilə bağlı Rusiyanın Ermənistan qarşısında müəyyən öhdəlikləri var. Amma bu məsələdə Ermənistana hüquqi yardım edə bilməzlər: “Çünki döyüş əməliyyatları Ermənistan ərazisində aparılmır”.

Oxşar xəbərlər

Yerevanda anti-Rusiya kampaniyası genişlənir
“Paşinyan üçün “möcüzə” Rusiya desantlarının...” – Rus ekspert
Hər şey Qarabağda məhv edildi: İrəvan özü müdafiəsizdir
Bu gün Ermənistanda Paşinyanın istefa tələbi ilə yürüş keçiriləcək
"Dağlıq Qarabağ hüquqi olaraq Azərbaycan ərazisidir" - Peskov
Peskovdan vurulan helikopterlə bağlı daha bir açıqlama
Hərbi ekspert: "Qarabağda hər hansı erməni bundan sonra...”
Kremldən rus sülhməramlılarının Qarabağa gətirilməsi ilə bağlı AÇIQLAMA
Putin Təhlükəsizlik Şurasının iclasında Qarabağı müzakirə edib
Ermənistanın müdafiə nazirinin Rusiyaya səfərinin əsl məqsədi bəlli olub
Moskvanın cavabı erməniləri pərt edib
Yerevandakı aksiya nəzarətdən çıxır: Etirazçılar Paşinyanı linç etmək istəyir
Ermənilər rusiyalı hərbi ekspertləri öldürməklə hədələyirlər
Paşinyanın tərəfdarları Qarabağdakı Rusiya sülhməramlılarına qarşı…
Nikol Paşinyan bitib…
Rusiyada "Qafqaz-2020" belə başladı - VİDEO
Rusiyanın Ermənistana yeni silahlar göndərdiyi TƏSDİQLƏNDİ
İlham Əliyev Putinlə Türkiyə sülhməramlıları haqda danışdı
Nazir müavinləri Rusiyanın Azərbaycandakı səfirliyində olublar
Rusiya Ermənistana əlavə Su-30CM verməyə hazırlaşır
Paşinyan Ermənistanı məhv edir – Rusiya KİV
“Paşinyan təxribat törətdi və Türkiyəyə…” - Reaksiya
Ermənistan rus silahlarından imtina edir? – Tonoyandan şok açıqlama
Saakaşvili Qarabağ müharibəsindən danışdı: “Rusiya Ermənistanı “suya qoyub” axıtdı” - Video
Paşinyan kömək istədi, Rusiya "yox" dedi
Ermənistanda etirazçılar Rusiyanı xəyanətdə ittiham edir - VİDEO
Putin və Ərdoğan daim dialoqdadırlar - Rəsmi Moskva
Azərbaycan Türkiyə ilə hərbi təlimləri dayandırmamalıdır - TƏHLİL
Fransa Rusiyanı "böyük yeddilik"də görmək istəmir
Ermənistanda xaos başladı – VİDEO