Qozun tərkibindəki infeksiya əleyhinə birləşmələrin çoxluğu mədə iltihabını, həm də kolon xərçəngi riskini azaldır. 
Xarici mətbuat xəbər verir ki, qoz əsasən həzm sistemini yaxşılaşdırır.  
Bağırsaqda olan xoraların aradan qaldırılmasına kömək edir. Qozun tərkibindəki antiinflamatuar birləşmələr xərçəng riskini də bir xeyli azaldır. 
Bundan əlavə, qozun tərkibində qan təzyiqi və qan xolesterinin səviyyəsini aşağı sala bilən əvəzolunmaz omeqa-3 yağ turşusu olan ən yüksək miqdarda alfa-linolenik turşu (ALA) var.
Qoz həmçinin diabet, nevroloji kimi müxtəlif xəstəliklərin qarşısını almağa kömək edə bilən fenolik antioksidanlar kimi faydalı birləşmələrlə zəngindir.
Tədqiqat qozun yüksək lif tərkibinin bağırsaq xəstəliklərindən əziyyət çəkən insanlar üçün faydalı olduğunu göstərir. 
Həkimlər gündə ən azı 2-3 qoz yeməyi məsləhət görürlər.