"Beynəlxalq və yerli ekspertlər Şuşanın tarixi mərkəzinə səfər edəcək" - Anar Kərimov
16-11-2020, 12:46
144

"Beynəlxalq və yerli ekspertlər Şuşanın tarixi mərkəzinə səfər edəcək" - Anar Kərimov

"İşğaldan azad edilməsindən dərhal sonra Şuşanın UNESCO-nun Mədəni İrs siyahısına salınması üçün işlərə başlamışıq".

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Mədəniyyət nazirinin müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov deyib.

Onun sözlərinə görə, 1977-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Şuşa Tarixi-Memarlıq Qoruğu yaradılıb: "2001-ci ildə isə Azərbaycan tərəfinin təklifi ilə Şuşa şəhəri UNESCO-nun ilkin siyahısına daxil edilib. Sadəcə olaraq, Şuşa 28 il düşmən tapdağında olduğu üçün və oradakı bir sıra tarixi abidələr - qala divarı, ev muzeyləri, məscidlər barbarcasına dağıdıldığı üçün biz bunu Ümumdünya İrs siyahısına daxil etmək iqtidarında deyildik. Lakin Şuşa işğaldan azad edilən kimi biz dərhal elan etdik ki, işlərə başlamışıq. Bununla bağlı artıq beynəlxalq və yerli ekspertlərlə əlaqələr yaradılıb. Şuşanın tarixi mərkəzinə səfər ediləcək, oradakı mədəniyyət incilərinin monitorinqi aparılacaq və bunun əsasında da namizədlik dosyesi hazırlanaraq UNESCO-ya təqdim ediləcək".

Oxşar xəbərlər

Şuşanın tarixi mərkəzi UNESCO-nun irs siyahısına salınır
Mədəniyyət Nazirliyi Şuşa şəhərilə bağlı hərəkətə keçdi
“Şuşa yaradıcı sənaye mərkəzinə çevriləcək” - Vüsal Qasımlı
İranın Şuşa təbriki
Anar Kərimov 2 əsas şöbəyə müdir TƏYİN ETDİ
Anar Kərimov onu direktor müavini TƏYİN ETDİ
"8 noyabr zəfəri həm də bütün türk dünyasının zəfəridir" - deputat
Şuşa işğaldan azad edildi – Prezidentdən şad xəbər
“Şuşanın işğaldan azad edildiyini ölkə başçısından eşidəndə koridora çıxıb qışqırdım"
Arutyunyan foto paylaşdı: “Həyatımın ən ağır şəfəqini qarşıladım”
Mədəniyyət Nazirliyində işdən çıxarılanlar və vəzifəyə təyin olunanlar
Mədəniyyət nazirinin müşaviri və 2 şöbə müdiri işdən çıxarılıb
"Şuşa şəhərinin adı “Şuşi” deyil, Şuşadır" - PA rəsmisi Fransaya XİTAB ETDİ
Anar Kərimov sabiq Baş prokurorun qardaşını işdən çıxardı
DTX-nın həbs etdiyi rəisi o əvəzlədi - Nazirlikdə yeni təyinat (FOTO)
İlham Əliyevin Şuşadakı şəklinin tarixi - FOTO
“Şuşa uğrunda döyüşlər zamanı separatçı Araik Arutunyan...” - Prezidentin köməkçisi
Azərbaycan polisi 28 il sonra Şuşada xidmətə başladı
Azərbaycanda teatrların açılması müzakirə olunur
Moskvadakı ermənilər Şuşadakı muzeyə 300 rəsm əsəri hədiyyə edib
“180 milyona yaxın insan Şuşa xəbəri gözləyir” – Rəsul Quliyevin hesablaması
Şuşaya Azərbaycan bayrağının sancılma anı - Video
Azərbaycanda yeni qoruq yaradıldı - SƏRƏNCAM
“Şuşanın azadlığı Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılacaq”
Şuşasız 28 il: Xəyanət, qeyri-bərabər döyüş və hiylə
Nazir əvəzi sabiq bələdiyyə sədrinin qızını işdən çıxardı - FOTO
Mədəniyyət Nazirliyində yeni təyinat olub
“Bu mübarizə Qarabağ işğaldan tam azad olunana qədər davam edəcək” - Ərdoğan
Mədəniyyət Nazirliyində yeni islahatlar başlayır
Qarabağda xristian abidələri də təmir olunacaq - RƏSMİ