Türk ordusunun Azərbaycana gəlməsi nəyi dəyişəcək?
17-11-2020, 23:59
154

Türk ordusunun Azərbaycana gəlməsi nəyi dəyişəcək?

Türk əsgərinin Azərbaycana gəlişi ilə bağlı təşəbbüslər reallaşmaq üzrədir. Belə ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bununla bağlı sənədi ötən gün parlamentə təqdim edib. Bunun üçün müvafiq hüquq bazanın olduğu da məlumdur.
Maraqlıdır, Türkiyə əsgərlərinin Azərbaycana gəlməsi bölgədə nəyi dəyişəcək?
Politoloq Araz Aslanlı açıqlamasında bildirib ki, Türk əsgərinin Azərbaycana gəlməsi Qarabağla bağlı davam edən münaqişənin həlli baxımından mühüm əhəmiyyət daşıyır:
“Düzdü, münaqişənin hərbi mərhələsi bitib, amma ortada bir sülh planı da yoxdur. Zatən detallı sülh planının imzalanmasıyla da hər şey bitirmir. Çünki onun tam icra olunması məsələsi var. Bu prosesdə türk əsgərinin Azərbaycandakı varlığı çox kritik əhəmiyyətə malikdir. Ermənistanın 2020-ci ilin iyulundakı təxribatından sonra Türkiyənin məsələyə açıq münasibət bildirməsi də böyük əhəmiyyət kəsb etmişdi. Ümumiyyətlə, münaqişə boyunca Türkiyənin Azərbaycanın istədiyi hər cür dəstəyi göstərməyə hazır olduğunu bildirməsi təqdirəlayiqdir. Xüsusilə də atəşkəsdən sonrakı dövrdə Azərbaycan iqtisadi, siyasi və hərbi  cəhətdən öz ədalətli mövqeyini müdafiə etmək üçün həm beynəlxalq aləmdə, həm də Qafqazda güclənərkən qardaş ölkənin yanımızda olduğunu göstəməsinin önəmli rolu var".
Ekspert diqqətə çatdırıb ki,  Azərbaycan prezidenti tərəfindən də bunun münaqişəyə müdaxilə etmək istəyən kənar qüvvələri çəkindirən amil rolunu oynadığı vurğulanıb:
“Artıq münaqişənin hərbi fazasının dayandırılmasından sonra yaranan yeni mərhələdə də beynəlxalq hüquqa uyğun eyni balanslaşdırıcı rolun olması vacibdir. Çünki Türkiyə regionun gələcəyinə iqtisadi, siyasi və təhlükəsizlik baxımından töhfə verə biləcək bir dövlətdir. Bildirim ki, Türkiyə əvvəllər də bu cür təşəbbüslə çıxış edib. Hələ 1991-ci ildə region ölkələri müstəqilliyinə yeni qovuşanda Türkiyə buraya heyətlər göndərmişdi, istəyirdi ki, Cənubi Qafqazda sülh və əməkdaşlıq imkanları daha da artsın. Amma təəssüf ki, Ermənistanın o işğalçılıq, regiondan kənar  regionu qarışdırmaqla bağlı siyasəti buna imkan vermədi. Türkiyə 2008-ci ilin avqustundan sonra da regionda sülh və sabitliklə bağlı bir pakt təklifi irəli sürdü”.
Həmsöhbətimiz hesab edir ki, bundan sonrakı mərhələdə Türkiyənin gəlməsi sadəcə münaqişənin həlli baxımından yox, ümumiyyətlə, Cənubi Qafqazda sülh və əməkdaşlıq potensialının artması üçün faydalı olacaq:
“Regionun gələcək münaqişələrdən mümkün qədər sığortalanmasında əhəmiyyətli rolu olacaq. Əgər Rusiya və Türkiyə  birlikdə, doğrudan da, burada  regionun gələcəyinə müsbət töhfələr vermək istəsələr, region üçün hər şey yaxşı olacaq. Hətta Rusiya bunu istəməsə belə, Türkiyənin balanslaşdırıcı mövqeyi regionda yeni münaqişələrin alovlanma ehtimalını xeyli azaldacaq”.

Oxşar xəbərlər

1960 türk əsgəri bölgəyə gəlir? - Orada bir dənə də olsun erməni hərbçisi olmayacaq
Türkiyə KİV-dən Ordumuza tam DƏSTƏK
Kremldən Türkiyənin Azərbaycana hərbçi göndərməsinə ilk reaksiya
Ermənistan bugünədək axıtdığı qanların cəzasını çəkdi - Bahçeli
Putin Ərdoğanın Qarabağ probleminin həlli ilə bağlı təklifini qəbul edib
Qoy indi Kanada düşünsün ki... - Politoloq
Nazarbayev Bakıda fəxri sədr seçiləcək
İlham Əliyev Putinlə Türkiyə sülhməramlıları haqda danışdı
Qarabağda vəziyyətə nəzarət: Türk-rus Mərkəzi hansı işə baxacaq?
Putinlə 6 saatlıq görüş: Ərdoğan tarixi razılaşmanı açıqladı
Ərdoğan İlham Əliyevə zəng etdi
İlham Əliyev Ərdoğana təşəkkür etdi
"Türkiyə bölgədə çox önəmli sabitləşdirici rol oynayır” - İlham Əliyev
İstanbulda Azərbaycana dəstək aksiyası
Azərbaycana əsgər göndərməsi barədə qanun layihəsi bu gün müzakirə olunacaq
“Sülh yalnız Ermənistanın Qarabağı tərk etməsindən sonra ola bilər” - Ərdoğan
Türk əsgəri Azərbaycanda nə qədər qalacaq? - Sənədin tam mətni
Türkiyə Qarabağla bağlı “səlahiyyət sənədi” hazırlayır
Asim Mollazadə Şimali Kipr Türk Cümhuriyyətinin Azərbaycandakı nümayəndəsi ilə görüşüb
“Türkiyə Azərbaycanı dəstəkləməyə davam edəcək” - Hulusi Akar
Ərdoğandan təcili toplantı
Türk ordusu 30 kilometr irəlilədi: Hədəf məhv edildi
“Buna imkan verməyəcəyik” - Türkiyədən ruslara Qarabağla bağlı XƏBƏRDARLIQ
Son dəqiqə: Türkiyə Azərbaycana ordu göndərir
İlham Əliyevlə Ərdoğanla danışdı
7 kənd azad edildi, 100-dən artıq terrorçu öldürüldü, türk ordusu...
“Cümhuriyyət bayramı Türkiyə ilə yanaşı, həm də Azərbaycanın bayramıdır”
Qazaxın işğaldakı əraziləri bu tarixə qədər Azərbaycana təhvil veriləcək
Paşinyan daha əvvəlki tək “asıb-kəsmir”: Bəs nə oldu?..
“Türk Şurası cəbhəyə yardım göndərib” - Mustafa Rifat