İran “Şimal-Cənub“ dəhlizini təkmilləşdirir
17-11-2020, 21:17
312

İran “Şimal-Cənub“ dəhlizini təkmilləşdirir

İran Rəşt-Astara strateji dəmiryol layihəsini tamamlamağa və "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin 2024-cü ilin yanvar ayının ortasınadək təkmilləşdirməyə çalışır.
Bunu Avrasiya iqtisadi Birliyinin iclası çərçivəsində İranın yol və şəhərsalma naziri Məhəmməd İslami deyib.
O bildirib ki, bu layihə İranın dəmir yolu şəbəkəsini Azərbaycan vasitəsilə Rusiya və digər ölkələrlə birləşdirir və bu, İran üçün çox əhəmiyyətli bir layihədir: "Azərbaycan da bu layihənin icrasında maraqlıdır və xüsusi səylər göstərir".
M. İslami onu da qeyd edib ki, Rəşt-Astara dəmiryol layihəsinin icra olunduğu bölgədə ərazi əhalidən satın alınıb, həmçinin dövlət əraziləri də dəmir yolunun tikintisi üçün ayrılıb.
İranın dəmir yolu şəbəkəsinin inkişaf etdirildiyindən danışan M. İslami deyib ki, İran İslam Respublikasının geosiyasi mövqeyini inkişaf etdirmək üçün infrastrukturun yaxşılaşdırılması, MDB ölkələrinin Dəmir Yolları Birliyinə üzv olmaq, həmçinin bölgə ölkələri ilə eyni tariflərə sahib olmaq üçün bir neçə tərəfli əməkdaşlıq sazişlərinin imzalanması nəzərdə tutulub.
Qeyd edək ki, Avrasiya İqtisadi Birliyinin iclası bu gün İranın Gilan əyalətinin Ənzəli limanında keçirilib. İclasda İran rəsmiləri ilə yanaşı yerli və əcnəbi qonaqlar iştirak edib. İclasda azad iqtisadi zonalarının regional əməkdaşlığın inkişafında rolu məsələsi müzakirə olunub. (APA)

Oxşar xəbərlər

Dünyanın ən uzun dənizaltı dəmir yolu tuneli tikiləcək
Prezident İlham Əliyev: "Azərbaycan həm Şərq-Qərb, həm də Şimal-Cənub dəhlizlərində iştirak edən yeganə ölkədir"
İranın vitse-prezidenti Azərbaycanla münasibətlərdən danışdı
Xırdalan dairəsi yaxınlığındakı dəmir yolu körpüsü sökülür - FOTOLAR
Öz ərazi bütövlüyünü bərpa etmək Azərbaycanın haqqıdır - Ruhani
İran xarici işlər nazirinin müavini Azərbaycana gəlir
“Yuyucu toz” yükü gətirən avtomobildə “İphone” markalı telefonlar aşkar edildi
İranın Xarici İşlər naziri cəbhədəki gərginlikdən narahatlığını ifadə etdi
İran Prezidenti Bakıya gəlir
İranın dini liderinin nümayəndəsi: İran Dağlıq Qarabağın tam azad olunmasını arzulayır
Ekspert: “İpək Yolu İqtisadi Kəməri” layihəsi Azərbaycanla Çin arasında əlaqələrin möhkəmlənməsinə böyük töhfə verdi"
Tehran Dağlıq Qarabağda keçirilən qondarma seçkiləri tanımır
İrandan Ermənistana silah daşınıb? - Səfirlikdən açıqlama
Cavad Zərif: "Azərbaycan İran üçün çox mühüm ölkədir"
Xaricə gedən Azərbaycan vətəndaşlarının sayı 3 dəfədən çox azalıb
İlham Əliyev Rusiya, İran və ABŞ-ın mövqeyini şərh edib
İran İsraildən tədarük etdiyi neftin pulunu tələb edib
“Qələbə labüd olduğundan heç kim Azərbaycanı itirmək istəmir“ - Sərdar Cəlaloğlu
Dünyanın ən uzun avtomobil-dəmir yolu körpüsü tikildi
Rəsmi Tehrandan daha bir Qarabağ AÇIQLAMASI
İran sərhəddə təlimlərə niyə indi başladı və bu, kimə qarşıdır? - AKTUAL
Hər an ABŞ-İran savaşı başlaya bilər – Baş nazir
İran bu halda Ermənistana atəş açacağını açıqladı
İranda son sutkada 172 nəfər koronavirusdan ölüb
Azərbaycan və İran prezidentlərinin iştirakı ilə videokonfrans keçiriləcək
İranın səhiyyə naziri: “May ayının sonlarında koronavirusu nəzarət altına alacağıq”
Alim Qasımovun klipində cənub zonası İran ərazisi kimi göstərildi - Video
Ermənistan İranın təkliflərinə “yox” deyib?
İran səfirliyi: Günahsız insanlara hücum etmək hərbi cinayətidir
Ərdoğandan şok açıqlama: Nə Rusiya, nə də İran…