Türkiyənin Adana vilayətində mövsümün ilk qarpız yığımına başlanılıb. Türkiyə bazarlarına çıxarılan qarpızın 21 faizi məhz Adananın payına düşür. Qeyd olunur ki, tarlada kilosu 7 lirəyə (6 qəpik) satılan qarpız daxili bazarla yanaşı, Rumıniya, Bolqarıstan, Yunanıstan və Rusiyaya da ixrac edilir.