Vətən müharibəsindəki PUA-lar xarici mediada - FOTO
18-11-2020, 14:15
158

Vətən müharibəsindəki PUA-lar xarici mediada - FOTO

Türkiyə PUA-larının uğurları barədə Amerika, Yunanıstan və Rusiya KİV-də geniş məqalələr dərc edilib.
Yunan portalında dərc edilən məqalədə Yunanıstan Hərbi Hava Qüvvələrinin PUA-lar qarşısında aciz qaldığı vurğulanıb. Ölkədə səs-küyə səbəb olan xəbərdə hökumətin bu məsələni diqqətə almasının vacib olduğu bildirilib. 
Qeyd olunub ki, Türkiyə pilotsuz uçuş aparatları mövzusunda şəxsi texnologiyasını yaradıb və Yunanıstan sadəcə olaraq prosesi izləməklə kifayətlənir.
“Türk PUA-ları Egey dənizində yunan hava qüvvələrini çətinliyə salacaq”, - deyə qeyd edən qəzet vurğulayıb ki, Yunanıstan PUA-lar qarşısında “F-16”ları havalandırmağa məcbur olduğunu bəyan edib.
Rusiyanın “Vedomosti” qəzeti isə Qarabağ müharibəsində PUA-ların gücünü və döyüşləri analiz edən məqalə dərc edib. Bildirilib ki, müharibə Ermənistanın məğlubiyyəti ilə bitib. Qəzet “Bayraktar TB2”  pilotsuz uçuş aparatlarının Suriya və Liviyadan sonra Qarabağda uğura imza atdığını vurğulayıb.
Türk PUA-larının köməkliyi ilə hava üstünlüyünü ələ keçirən rəsmi Bakının savaşı asanlıqla qazandığı qeyd edilib. “Oyanan türkçülük” ifadəsinin yer aldığı məqalədə Azərbaycan-Türkiyə mütəffiqliyinə də toxunulub.
Amerikanın “Forbes” jurnalı isə Türkiyə PUA-larını “sehirli mərmi” adlandırıb.
Jurnalist David Hamblingin qələmə aldığı məqalədə Azərbaycanın Ermənistanla müharibədə bir neçə fərqli pilotsuz uçuş aparatından istifadə etdiyini, bunlar arasında ən güclüsünün Türkiyə PUA-ları olduğunu vurğulayıb.

Oxşar xəbərlər

Türkiyə PUA-ları Ermənistan sərhədində - FOTO
Yunanıstan Türkiyə yaxınlığındakı daha bir adaya qoşun yeridib
Qarabağda ölüm saçan silah ABŞ-ı qorxuya saldı - Hərəkətə keçdilər
7 dövlət Türkiyəyə qarşı birləşdi
Aralıq dənizində Türkiyə-Yunanıstan gərginliyi haraya qədər uzanacaq?
Bu PUA-lar Qarabağda böyük fərq yaratdı - Akan
Bayraktar Azərbaycan xalqını təbrik etdi - Foto
“Bayraktar TB 2” zərbə dronu yeni dizaynda - FOTO
Prezident ordumuzun müasir silahlarından danışdı
Yunanıstan Türkiyəyə qarşı silahlanır: ABŞ-dan F-35 alır
Hər şey Qarabağda məhv edildi: İrəvan özü müdafiəsizdir
Yerevan Bakı və Ankaraya qarşı yeni çirkin oyuna BAŞLADI
Ermənistan ASALA muzdlularını Qarabağda “dirildir”
"PUA-larımız ermənilərin döyüş texnikalarını məhv edir" - Vaqif Dərgahlı
Türkiyə Azərbaycanı Aralıq dənizinə dəvət edir
İrəvan səmasında Türk pilotsuz təyyarəsi uçmayıb - Müdafiə Nazirliyindən rəsmi açıqlama
Düşmənin taktiki PUA-sı məhv edildi
“Aeroportda 50 qramlıq yükü buraxmırlar, bu qədər silah, texnika necə keçirilir?!” - deputat
Üç ölkə Türkiyəyə qarşı birləşdi
Rusiyanın Ermənistana silah daşımasının məqsədləri nədir... - GƏLİŞMƏ
Türkiyə və Rusiyanın Qarabağa dair danışıqları başa çatdı
“Azərbaycanla Türkiyənin güclənən hərbi müttəfiqliyi Ermənistan üçün kabus olmalıdır...”
Yunanıstan mətbuatı Azərbaycan aktrisasından yazıb
3 ölkə bir araya gəldi: Türkiyənin əməliyyatına qarşı...
Misir mətbuatı Azərbaycanın “Iti qovan” dronlarından yazdı
Ermənistanın keçmiş naziri öldü
S-300 komplekslərinin işə yaramadığı açıqlandı
Paşinyan Ermənistanı məhv edir – Rusiya KİV
Ermənistanın daha bir PUA-sı məhv edildi
Bolton rahib Bransonun necə azad edildiyindən danışıb