Xocalı soyqırımını törədən erməni general ÖLDÜ
19-11-2020, 10:21
130

Xocalı soyqırımını törədən erməni general ÖLDÜ

Ermənistan silahlı qüvvələrinin ehtiyatda olan general-leytenantı Manvel Qriqoryan ölüb.
“Sputnik Armeniya”xəbər verir ki, bunu Respublikaçı Partiyasının üzvü Karen Avaqyan deyib.
M.Qriqoryan uzun sürən xəstəlikdən ölüb.
İkinci Qarabağ müharibəsi başlayandan sonra o, Dağlıq Qarabağa gəlmişdi, lakin səhhəti ağırlaşdığına görə oktyabrın 20-si Ermənistana çatdırılaraq xəstəxanalardan birinin reanimasiyasına yerləşdirilmişdi.
Qeyd edək ki, Manvel Qriqoryan 1956-cı ildə Eçmiədzinin Arşaluys kəndində doğulub. Yerevan Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. Azərbaycan torpaqlarının qanlı işğalının fəal iştirakçılarındandır. O, Qarabağ müharibəsində əsir götürdükləri yüzlərlə azərbaycanlıdan birini dörd il evində qul kimi saxladığını etiraf edib. M.Qriqoryanın dəstəsi Dağlıq Qarabağda azərbaycanlı mülki şəxslərə qarşı xüsusi qəddarlığı ilə seçilib. O, Ermənistan silahlı qüvvələrinin hərbçisi kimi işğal altında olan Dağlıq Qarabağ bölgəsində müxtəlif hərbi hissələrdə komandirlik edib, Ermənistan ordusunda korpus komandiri işləyib. 1996-cı ildə general-mayor, 2000-ci ildə general-leytenant ali hərbi rütbəsi alıb. 2000-2008-ci illərdə müdafiə nazirinin müavini postunu tutub. 2012 və 2017-ci illərdə Ermənistan Respublika Partiyasının proporsional siyahısından parlamentin deputatı seçilib.
2018-ci il iyunun 16-da Milli Təhlükəsizlik Xidmətinin tutduğu M.Qriqoryan qanunsuz silah-sursat saxlamaqda, özgə əmlakını talamaqda təqsirli bilinir. Ona məxsus ev və ərazilərdən külli miqdarda silah-sursat, hərbi və xüsusi texnika, cəbhə bölgəsi üçün yığılmış tibbi ləvazimat, ərzaq aşkarlanıb. Onun “Əsgər payı” adlı ət konserv bankalarının bir hissəsini Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində gizlətdiyi məlum olub. Bildirilib ki, iyunun 20-də Dağlıq Qarabağda Qriqoryanın zəbt etdiyi “Ara ler” adlandırılan ərazidə axtarış-əməliyyat tədbiri keçirilib. Əməliyyat nəticəsində həmin yerdən ət konserv bankaları ilə yanaşı, satış üçün nəzərdə tutulmayan başqa ərzaq məhsulları və mallar aşkarlanıb. Deputatın ailəsi cinayətkarlıqla məşğul olub. Ermənistanın keçmiş müdafiə nazirinin müavini, deputat Qriqoryanın həyat yoldaşı Nazik Amiryan əsgərlər üçün nəzərdə tutulan 3 minə yaxın ət konserv bankasını gizlətməyə cəhd edib. Müdafiə nazirinin keçmiş müavininin törətdiyi əməllər o qədər iyrəncdir ki, hətta, vəkil Qrant Ananyan ona hüquqi yardım göstərməkdən imtina edib. Xocalı soyqırımı həmmüəlliflərindən biri olan M.Qriqoryanla bağlı cinayət işində keçmiş müdafiə naziri Seyran Ohanyanın da adı hallanır. 2016-cı ilin aprel döyüşləri zamanı məlum olub ki, erməni silahlılarının yemək, geyim və digər tələbat mallarına ehtiyacı var. Onda ermənilər sosial şəbəkələrdə yaydığı plakatlarda orduya lazım olan ərzaq və başqa ləvazimatların toplanmasına başlamışdılar. O vaxt yayılan elanlarda bildirildi ki, orduda ilkin tibbi yardım çantalarına, yataq ləvazimatına, ədyal, su üçün qab, corab, alt paltarları, içməli su, şirələr, kolbasa, çay, qəhvə, konservləşdirilmiş ət və s. ehtiyac var.  “Report”

Oxşar xəbərlər

10 min erməni mövqelərini atıb qaçdı – Erməni general
“Ermənistan bütün şanslarını itirir” - General-mayor
Qarabağda sülhməramlılara Muradov başçılıq edəcək - DOSYE
Erməni general Qarabağdan QAÇDI
Yerevanda anti-Rusiya kampaniyası genişlənir
Rusiyadan Dağlıq Qarabağda atəşkəs rejimi ilə bağlı AÇIQLAMA
Karen Şahnazarov: “Qarabağ heç vaxt Ermənistanın olmayıb”
İlham Əliyev: "Qarabağ – Azərbaycandır. Və nida işarəsi"
Mqer Qriqoryan həyəcan təbili çalır - Büdcə fəlakət həddindədir
Ermənistan yüzlərlə PKK terrorçusunu Qarabağa gətirdi
Ermənistanın silahlı qüvvələrinin Dağlıq Qarabağdan çıxarılmasına başlanılıb
Separatçıların qondarma hökuməti İrəvana köçürüldü
Azərbaycandan erməni mülki əhali və hərbçilərə müraciət - MƏTN
“Düşmən nə edirsə etsin, Dağlıq Qarabağ Azərbaycanın olacaqdır” - Dövlət Bahçeli
Pakistandan Ermənistana: Dərhal Qarabağdan geri çəkil...
Araiklərin dağılan “idarəsi” - Qarabağ quldurlardan, kukla “hökumət”dən təmizlənir
“Şuşa və Xankəndidəki Ermənistan hərbçiləri mühasirəyə alınıb” - Geriyə yol yoxdur
Qarabağda vuruşan 24 ölkənin terrorçularının kimliyi bəlli oldu - SİYAHI
İsrail mediası yəhudilərin Azərbaycanla həmrəy olmasından bəhs edib
Pakistandan Azərbaycana növbəti dəstək
Ermənilər Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbərini terrorla hədələyib
Ermənistanın "əfsanəvi dəstəsinin" 5 üzvü məhv edildi (SİYAHI)
İlham Əliyev Paşinyana cavab verdi: "Qarabağ- Bu Azərbaycandır və nida işarəsi”
Düşmən ordusunun polkovnik-leytenantı MƏHV EDİLDİ
Ceyhun Bayramov Mnatsakanyanın cavabını verdi
"Dağlıq Qarabağ hüquqi olaraq Azərbaycan ərazisidir" - Peskov
Rusiyanın Ermənistana yeni silahlar göndərdiyi TƏSDİQLƏNDİ
"O deməlidir ki, bəli, işğal edilmiş ərazilər Azərbaycana qaytarılacaq" - Prezident bir daha atəşkəs şərtini açıqladı
Müdafiə nazirləri ərazi bütövlüyünü dəstəkləyən bəyanat qəbul ediblər
Alman mətbuatı Ermənistan rəhbərliyini ifşa etdi