Bu barədə sənətçinin özü açıqlama verib. Kemeronun sözlərinə görə, bu dəfəki kinoda süni intellektin real dünyada gerçəkləşdirdiyi prosesləri göstərəcək. Baş rolda isə Arnold Şvarzeneggerin olub-olmayacağı hələlik bəlli deyil.
Qeyd edək ki, Kemeron “Terminator 2: Qiyamət günü” filmindən bəri “Terminator” filminə rejissorluq etməyib. Buna səbəb “Terminator: Qaranlıq tale” filminə görə 120 milyon dollar itirməsi və film barədə pis rəylər almasıdır.

