Çeçenistandan olan Dövlət Dumasının deputatı Adam Delimxanov “Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojinə videomüraciət ünvanlayıb.
Videomüraciətdə Adam Delimxanov Priqojini “söhbətə” çağırıb. O, Priqojindən görüşün tarixini və yerini deməyi istəyib. Deputat bildirib ki, “Axmat” bölmələri ilə bağlı onu maraqlandıran sualları şəxsən özü cavablayacaq.
Belə ki, mayın 4-də “Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojin müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimova ünvanlanan videomüraciətində müharibədə ölən “vaqner”çilərin cəsədləri fonunda etirazını bildirib, qeyri-etik ifadələr işlədib, sursat çatışmazlığından şikayət edib və dərhal silah verilməsini tələb edib. Mayın 6-da Priqojin Şoyqudan Baxmutdakı “Vaqner” döyüş mövqelərinin “Axmat” batalyonunun nəzarətinə keçməsi barədə əmr verməsini xahiş edib.
Mayın 31-də Yevgeni Priqojinin saytında “Axmat” bölmələrinin Donetski “azad etməyə” qadir olub-olmaması sualına cavab videosu yayımlanıb. “Axmat” əsgərlərinin harada olduğu ilə bağlı heç bir şərh verə bilmərəm, mən bu təfərrüatla maraqlanmıram, bütün bölmələr onları gizli saxlayır. Bu, müharibə zamanı normal haldır. Müəyyən yaşayış məntəqələrinin azad edilməsinə gəlincə, təbii ki, onların bunun üçün kifayət qədər gücə malik olduqlarını düşünürəm. Onların bütün Donetski “azad etmək” kimi bir vəzifələri yoxdur. Və Kadırov, anladığım qədəri ilə, bu barədə heç nə deməyib. Onlar fəaliyyət göstərəcəkləri müəyyən sahələrlə məşğul olacaqlar”, - deyə Priqojin qeyd edib.
Dövlət Dumasının deputatı Adam Delimxanov isə Yevgeni Priqojinə cavab olaraq videomüraciət yayımlayıb və onu suallarına cavab almaq üçün şəxsən görüşməyə dəvət edib. “Yevgeni Priqojinin müraciətini və ya bəyanatını gördüm, “Axmat” bölmələrinin fəaliyyətinin ona aydın olmadığını dedi. Bunu başa düşməməyin təbiidir, Jenya, bunu başa düşməməlisən”, - deyə Delimxanov bildirib.
O qeyd edib ki, “Axmat” bölmələri müharibə zonasında onlara verilən tapşırıqları yerinə yetirirlər. “Əgər sənə nəsə aydın deyilsə, istənilən vaxt əlaqə saxlaya bilərsən, yeri, vaxtı təyin elə və biz sənə aydın olmayanı başa salaq. Sən artıq bloqer olmusan və bütün dünyaya ancaq problemlərimiz, sursat qıtlığı və s. barədə car çəkirsən”, - deyə Delimxanov əlavə edib.
“Boş-boş danışmağa, qışqırmağa son ver. Yeri de - harada, necə və nə vaxt görüşək, üz-üzə istənilən məsələni həll edək. Artıq bəsdir! Yoxsa xalq və bizim cəmiyyət artıq baş verənləri başa düşmürlər. Çoxlarında suallar yaranır”, - deyə Dövlət Dumasının deputatı vurğulayıb.
O bildirib ki, “Axmat” bölmələri təmas xəttinin ən çətin hissələrində yerləşdirilib. “Amma biz sənin kimi qışqırmırıq ki, bizdə bunlar çatmır, bu azdır. Sənə hamıdan çox verilib”, - deyə qeyd edib.
Mənbə: “Kafkazskiy uzel”
Çeçen deputat Priqojini “söhbətə” çağırdı: “Yeri və vaxtı de!”
02
iyun
22:58

Qarabağ
OXŞAR XƏBƏRLƏR
"Vaqner"in rəhbəri Şoyqunu Baxmuta dəvət etdi
Ukraynadakı müharibədə 20 min "Vaqner" muzdlusu öldürülüb
"Vaqner"in rəhbəri Şoyqunu təhqir etdi
Priqojin Baxmut məğlubiyyətindəki günahkarların ADLARINI SADALADI
"Vaqner" Baxmutdan çıxmağa başladı - VİDEO
Fransa Parlamenti "Vaqner"i terror təşkilatı kimi tanıdı
Rusiya daha bir yaşayış məntəqəsini işğal etdi
"Vaqner" hərbçiləri Baxmut şəhərini tərk edir
Rusiyanın Ukraynadakı cəlladı barədə təəccüblü paylaşım: “The end...”
"Rusiya Baxmutu tam nəzarətə götürüb" - “Vaqner”
"Ukrayna ordusu ən güclü ordulardan biridir" - "Vaqner"in rəhbəri
"Biz Baxmutdan geri çəkilmirik" - “Vaqner”in rəhbəri
"Vaqner"in rəhbəri Rusiya ordusunun məlumatlarını Ukraynaya SATIB?
"Biz bu qələbəyə layiq deyilik" - Priqojin Moskvadakı paraddan danışdı
“Vaqner” çeçen məhbusları sıralarına cəlb edir
Peskov oğlunun müharibədə iştirak etməsindən DANIŞDI
Rus hərbçilər məcburi şəkildə "Vaqner" qruplaşmasına cəlb edilir
Şoyqunun qovduğu general “Vaqner” sıralarında
Bu ölkə “Vaqner”i terror təşkilatı kimi tanıya bilər
Ruslar Baxmutun mərkəzinə doğru irəliləyir
Britaniya "Vaqner"i terror təşkilatı kimi tanıya bilər
Ukraynada “Vaqner”in “əfsanəvi snayper”i MƏHV EDİLDİ
Kadırovun azyaşlı oğlanları terrorla mübarizəyə görə təltif edildilər
Baxmutdan çıxan "Vaqner"lər atəşə tutuldu - 80 ÖLÜ
Rusiyalı muzdlular Azərbaycana qarşı döyüşüblər
İran Rusiyaya ballistik raketlər göndərə bilər
Putin Kadırovun yaxın adamına “Rusiya Qəhrəmanı” adı verdi
“Vaqner” ÖHŞ Şuşadadır?
Zelenskini öldürmək üçün Kiyevə 400 muzdlu göndərildi - ŞOK İDDİA
Baxmut şəhərində Rusiya bayrağı qaldırıldı - VİDEO
- Sabah qar yağacaq, duman olacaq
- Ağdərə boşaldılır - VİDEO
- "Google Play" və "App Store"a daxil olma problemləri aradan qaldırıldı
- Atatürk Zəngəzur dəhlizini öncədən planlaşdırırmış
- Qənirə Paşayeva dərmandan komaya düşdü
- Tərksilah olan ermənilərin Azərbaycan ərazilərindən çıxışı təmin olunacaq
- Yevlaxda zəncirvari qəza oldu
- Qarabağda qalan erməni sakinlərin sayı açıqlandı
- Ərdoğan sabah Naxçıvana səfər edəcək
- Bakıda iki "Hyundai" toqquşdu
- Mehriban Əliyeva Qənirə Paşayeva ilə bağlı tapşırıq verdi
- Ermənilərin ilk qrupu Qarabağı tərk etdi
- Timsah qadını tutub suya apardı - VİDEO
- Maştağa sakini İrana görə tutuldu - CASUS ŞƏBƏKƏSİ
- Prezidentdən Tahir Süleymanovla bağlı SƏRƏNCAM
- "Yunayted" 100 milyon avroluq transferə hazırlaşır
- "İlin sonuna qədər inflyasiyanın birrəqəmli səviyyəsinə endirilməsi gözlənilir" - Baş nazir
- Hərbçilərimiz Kəlbəcərdə daha bir silah anbarı aşkar etdilər - VİDEO
- Hidayət Heydərov beşinci dəfə Böyük Dəbilqəni qazandı
- İrəvan-Arazdəyən yolu bağlandı, saxlanılanlar var - VİDEO
- Güləşçimiz erməniyə qalib gələrək yarımfinala yüksəldi
- Ceyhun Bayramov bu gün BMT Baş Assambleyasında çıxış edəcək
- “Azərbaycan Qarabağa tam nəzarət edir” - Separatçıların sabiq "nazir"i
- İlham Əliyev Toivo Klaarı qəbul edib