Fransa səfirliyinin qarşısında piket keçirilib - Fotolar
20-11-2020, 15:11
120

Fransa səfirliyinin qarşısında piket keçirilib - Fotolar

Bu gün Fransa səfirliyinin qarşısında bir sıra qeyri-hökumət təşkilatlarının təmsilçiləri tərəfindən piket keçirilib.
İştirakçılar ingilis və fransız dillərində hazırlanmış pankartlar qaldırıb, "Qarabağ Azərbaycandır", "Fransa, ədalətli ol" "Beynəlxalq hüquqa hörmət elə" kimi şüarlar səsləndiriliblər.
Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının İdarə heyətinin üzvü Nərgiz Xələf vətəndaş cəmiyyəti adından Fransaya səfirliyinə müraciət üçün gəldiklərini bildirib: "Fransa senatında qondarma “Dağlıq Qarabağ Respublikası”nın tanınması ilə bağlı məsələyə müzakirəyə çıxarılacaq. Bu, müzakirəyə çıxarılmayacaq bir məsələdir. Azərbaycanın ərazi bütövlüyünü bütün dünya və beynəlxalq təşkilatlar tanıyır. Bu barədə BMT-nin müvafiq qətnamələri var. Bu məsələnin Fransa senatı tərəfindən müzakirəyə çıxarılmasına Azərbaycan vətəndaş cəmiyyəti olaraq etiraz edirik. 13 təşkilatın təklifi əsasında müraciət hazırlayaraq bu gün Fransa səfirliyinə təqdim etmək üçün burdayıq. Müraciətin səfirlik vasitəsilə senatlığa ötürülməsinə nail olmaq istəyirik".
O, müraciətdən sonra Fransa senatının bu müzakirədən imtina edəcəyinə ümidli olduğunu vurğulayıb. (APA)
Piket Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyi, Milli QHT Forumu, İnsan Hüquqları və Qanunçuluğunun Müdafiəsi İctimai Birliyi, Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı və digər qeyri-hökumət təşkilatlarının təmsilçiləri tərəfindən təşkil edilib.

Oxşar xəbərlər

Səudiyyə Ərəbistanında Fransa konsulluğuna hücum edildi
“Azərbaycan inkişaf edir, iqtisadiyyatı böyüyür” - Fransa səfiri
Alən Uper Fransa Senatının prezidentinə çağırış edib
Dünya çempionu koronavirusa yoluxdu
Qətərdə Fransa malları boykot edilir
Fransa vətəndaşı Qarabağda Azərbaycana qarşı vuruşur - Foto
Azərbaycan XİN Fransa XİN rəhbərinin bəyanatına cavab verdi
“Fransa rəhbərliyi erməni təbliğatının fiquru olmağı dayandırmalıdır” - Amerikalı ekspert
Fransa vətəndaşları bu gündən Aİ ölkələrinə səyahət edə biləcəklər
Fransa Prezidenti Emmanuel Makron Prezident İlham Əliyevə telefonla zəng edib
Liderlər Qarabağ münaqişəsini müzakirə ediblər
Fransa klubunda koronavirusa yoluxanların sayı artıb
Fransa Türkiyənin boykot çağırışına cavab verib - Parisdən GERİYƏ ADDIM
Ermənilər Moskvada belə ağladılar - Video
Ceyhun Bayramov Fransa Milli Assambleyasının nümayəndə heyəti ilə görüşdü
"Fransa ilə bütün əlaqələrə son qoyulsun" - deputatdan TƏKLİF
Fransa səfirliyindən Rusiyaya müraciət
Fransa səfiri Pakistan Xarici İşlər Nazirliyinə çağırıldı
Koronavirusa görə Fransa çempionatında bu oyun təxirə salındı
Ermənistanı dəstəkləyən fransız kimdir? - Açıqlama
Fransa Rusiyanı "böyük yeddilik"də görmək istəmir
Çeçenistanda Fransa prezidenti “dünyanın bir nömrəli terrorçusu” adlandırıldı
"Türkiyə Fransaya aldığından daha çox mal satır" - ekspert
“Dağlıq Qarabağda “seçkilər”in ikinci raundunu tanımırıq”
Fransa Ermənistana kəşfiyyat məlumatları ötürürdü...
Bu ölkə Azərbaycanı itirə bilər: - “Ya bizdən üzr istəməlidir, ya da…”
Mərakeş Krallığı Qarabağla bağlı nota verdi
İlham Əliyev AŞPA-nı sərt tənqid etdi
Tehran Dağlıq Qarabağda keçirilən qondarma seçkiləri tanımır
Fransa üçün Qarabağ yaddan çıxdı?