Pablo Pikassonun “Qadın büstü” (Buste de femme) tablosu Kölndə keçirilən hərracda 3,4 milyon avroya satılıb.
Xarici KIV xəbər verir ki, hərrac evinin nümayəndəsi Van Ham belə yüksək qiymətə satışın gözlənildiyindən artıq olduğunu söyləyib. Əsərin qiyməti 1,5-2,5 milyon avro arasında dəyişir. Pikasso bu əsəri 1971-ci ildə yaradıb.