Həkimlər oynaqlarda iltihab və ağrıya səbəb olan qidaları açıqlayıblar.
Xarici mətbuat xəbər verir ki, həkimlərin fikrincə, təmizlənmiş karbohidratlarla zəngin qidalara olan asılılıq, oynaqlarda ağrı və iltihaba səbəb olur.
Bəzi hallarda iltihab xroniki olur, bu da artrit kimi arzuolunmaz təsirlərə səbəb ola bilər. Ağ çörək, müxtəlif un və şirniyyat məhsullarının istehlakı oynaq ağrılarına səbəb olur..
Mütəxəssislər daha yavaş həzm olunan karbohidratlara üstünlük verməyi məsləhət görürlər. Bunlara bütün taxıl mənşəyi qidalar, əksər meyvə və tərəvəzlər, paxlalı bitkilər daxildir.