Müğənni mərhum anasının ən böyük arzusunun Həcc ziyarətinə getmək olduğunu deyərək, onun sağlığında buna imkanı olmadığını, bu il anasının yerinə Həcc ziyarətinə getdiyini bildirib.
“Çox istəyərdim sağlığında arzusunu yerinə yetirim, olmadı. Allah bu günlərə nəsib etdi, imamlarla məsləhətləşdim, mərhum anam üçün Kəbə evinə getməyə qərar verdim. Mənə dedilər ki, öncə özüm, sonra anam üçün Ümrə etməliyəm. Qəribədir ki, öz təvafımda Kəbə evinə yaxınlaşa bilmədim. Anamın adına etdiyim Ümrəmdə bir də gördüm müqəddəs Həcərül- Əsvədin qarşısındayam. Əlimi sürtüb, dualarımı etdim. Yəqin rəhmətlik anam bunu çox istəyirmiş. İnşallah böyük Həcc ziyarətimi də anam üçün edəcəm”, - o bildirib.
