"Spokoynoy noçi, malışi!" ("Gecəniz xeyrə qalsın, uşaqlar!") adlı uşaq proqramının yaradıcılarından biri Vladimir Meyerzon 98 yaşında vəfat edib.
Xarici mətbuat xəbər verir ki, ssenaristin səhhəti ölümündən bir neçə gün əvvəl qəfil pisləşib.
Məlumata görə, Meyerzon ad günündən 3 gün əvvəl, Moskva şəhərində yerləşən evində vəfat edib.