Kanadada günlərlə davam edən meşə yanğınlarının tüstüsü ABŞ-nin şimal-şərq ştatlarını təsir altına alıb.
Xarici KİV xəbər verir ki, ABŞ hökumətinə bağlı olan “AirNow” veb-saytı Nyu-York şəhəri və ətrafında havanın keyfiyyət səviyyəsini narıncıdan 165 dərəcə qırmızıya qədər yüksəldib.

Məlumata görə, Nyu-Yorkda gün boyu dumanlı havaya səbəb olan yanğın tüstülərinin qoxusu hiss olunur. Mütəxəssislər, xüsusilə ürək, ağciyər və tənəffüs yolu xəstəlikləri olanları çölə çıxmamağa çağırır.

Havanın keyfiyyətinin aşağı düşməsi səbəbindən Nyu-Cersi və paytaxt Vaşinqton kimi bir çox ştat və ərazilərdəki məktəblərdə şagirdlər üçün dərsdənkənar fəaliyyətlər də ləğv edilib. Bundan başqa bölgədə çox reyslər təxirə salınıb.

BAKU.WS
QALEREYA