Ukrayna Silahlı Qüvvələri (USQ) 1,5 min nəfərədək qüvvə ilə Zaporojye istiqamətində Rusiya Federasiyası Silahlı Qüvvələrinə hücum edib. 
Bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib.
O, hücumun qarşısının alındığını açıqlayıb: "Saat 1:30-da Zaporojye istiqamətində düşmən 1500 nəfərə qədər hərbçi və 150 zirehli texnikadan ibarət 47-ci mexanikləşdirilmiş briqadanın qüvvələri ilə müdafiəmizi yarmağa cəhd edib".
Nazirin sözlərinə görə, kəşfiyyat qüvvələri düşməni vaxtında aşkar edib, artilleriya, aviasiya və tank əleyhinə silahlardan qabaqlayıcı zərbə endirib: "İki saat davam edən döyüş nəticəsində düşmən 30 tankı, 11 piyada döyüş maşını, 350 nəfərədək şəxsi heyətini itirib".