İraqın şimalında daha 2 PKK terrorçusu zərərsizləşdirilib. 
Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. 
"Əsgər İraqın şimalını terrorçulara dar edir! Pençe-Kilit əməliyyat bölgəsində təsbit olunan 2 PKK terrorçusu Hava Qüvvələrimiz tərəfindən zərərsizləşdirilib. Türk Silahlı Qüvvələrimiz ən son terrorçu zərərsizləşdirilənə qədər əməliyyatlara qərarlılıqla davam edəcək", - deyə qeyd olunub.