Polşada NATO hərbçiləri tərəfindən qorunan və Ukraynaya daşımaq üçün nəzərdə tutulan mərmilər oğurlanıb.
Bu barədə Polşa mətbuatı xəbər verir.
Lakin mətbuat insidentin tarixi barədə heç bir məlumat dərc etməyib.
Qeyd olunur ki, oğurlanan mərmilər ABŞ istehsalı olub.
Polşa Hərbi Jandarm İdarəsinin mətbuat katibi Tomaş Çulovski mətbuata verdiyi açıqlamada bildirib ki, hadisə ilə əlaqədar üç nəfər saxlanılıb.
“İş üzrə üç nəfər saxlanılıb, oğurlanmış döyüş sursatı olan qutular götürülüb, heç bir hərbi avadanlıq əskik çıxmayıb”, - deyə Tomaş Çulovski bildirib.
Mətbuat yazır ki, saxlanılanların günahı sübuta yetirilsə, onları 10 ilə qədər həbs gözləyir.
Mənbə: Wyborcza