Ermənilərin Füzulidəki vəhşilikləri İtaliya mətbuatında: "Burada hər şey dağıdılıb”
21-11-2020, 23:30
59

Ermənilərin Füzulidəki vəhşilikləri İtaliya mətbuatında: "Burada hər şey dağıdılıb”

Noyabrın 20-də İtaliyanın nüfuzlu və çoxsaylı oxucu kütləsinə malik "la Repubblica” qəzetinin veb səhifəsində həmin qəzetin Azərbaycana ezam olunmuş müxbiri Pietro del Renin hazırladığı "Müharibədən sonra Azərbaycana səfər: dağılmış kəndlər və partlamamış bombalar arasında” adlı videoreportajı yayımlanıb.
Videoreportajı Füzuli rayonu ərazisinə Ermənistan ordusu tərəfindən döyüş əməliyyatları zamanı atılan qadağan olunmuş fosforlu bombanın zərərsizləşdirilməsi kadrları ilə başlayan jurnalist Azərbaycan Ordusu tərəfindən azad olunmuş ərazilərə səfər edərkən sonsuz kilometrlərlə uzanan dağıntılarla dolu dəhşətli bir mənzərənin şahidi olduğunu bildirir.
Jurnalist deyir: "Biz Füzulidəyik, daha doğrusu şəhərin qalıqlarında. Burada yaşayan on minlərlə azərbaycanlının Ermənistan qoşunları tərəfindən qovulmasından 30 il sonra. 1990-cı illərin əvvəllərində Dağlıq Qarabağ uğrunda müharibə çoxsaylı etnik təmizlənmə ilə yadda qalıb. Burada hər şey dağıdılıb”.
Daha sonra irəlilədikcə qarşılaşdığı mənzərəni "Qafqazın Anqkor Vatı” (Angkor Wat) adlandıran jurnalist qədim kxmerlərin paytaxtı olan Anqkor Vat kimi bu ərazilərin də baxımsızlıqdan ot örtüyünə büründüyünü qeyd edib. "Burada heç bir şey qalmayıb. Nə bir bina, nə bir ev, nə də bir məscid salamat deyil. Yolboyu biz digər dağıdılmış, yalnız ruhların dolaşdığı kəndləri görürük. Dağıdılmış müsəlman məzarlıqları, döyüşlərdə məhv edilmiş tanklar...”.
Reportajı daha sonra Füzulidə işğal dövründə erməni silahlı qüvvələrinə məxsus olmuş postlardan birində davam etdirən jurnalist erməni əsgərləri tərəfindən silah-sursatlarını ataraq tələsik bir formada tərk edildiyi təəssüratını yaradan mənzərə ilə qarşılaşdığını bildirib.
Jurnalist Füzulinin iki həftə öncə azad edildiyini diqqətə çatdırır.
Reportajında 67 il əvvəl burada doğulduğu evinin dağılmış qalıqları arasında olan Füzuli şəhər sakini Fadiyə Qəhrəmanovanın müsahibəsinə yer verən jurnalist qeyd edir ki, son 10 illiklər ərzində Bakıdan kənarda sığınacaqda məcburi köçkün həyatı yaşayan F.Qəhrəmanova Füzuliyə ilk dəfə qayıdır. Qadın bildirir ki, ermənilər qızıl dişləri götürmək məqsədilə yerli məzarları açıblar. Onun arzusu bu ərazilərə qayıtmaqdır. Daha sonra qadın Azərbaycan xalqına qarşı törədilmiş soyqırımından bəhs edir və Azərbaycan Ordusunun qalib gəlmək əzmini həm də bununla əsaslandırır.
Reportajında, həmçinin ermənilərin yaşadıqları evləri azərbaycanlılara verməmək üçün yandıraraq tərk etdiyini bildirən jurnalist bu addımın torpaqları tərk edən ermənilər tərəfindən Azərbaycana qarşı nifrət əlaməti kimi dəyərləndirildiyini vurğulayır.
Reportajında 3 gün əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Füzuliyə səfərinə toxunan jurnalist Prezidentin sözlərinə istinadən qısa zaman ərzində Füzuli rayonunun yenidən bərpa ediləcəyini və 1993-cü ildə Ermənistan qoşunları tərəfindən qovulmuş on minlərlə məcburi köçkünün qayıtması üçün lazımi şəraitin yaradılacağını bildirir.//lent.az


Oxşar xəbərlər

“Əl-Cəzirə” Füzuli şəhərindən süjet yayımlayıb - Video
Mincivan sərhəd zastavasının görüntüləri - VİDEO
QHT-lər Ermənistanın qadağan olunmuş fosforlu silahdan istifadə etməsinə dair bəyanat yaydı
TRT: Naxçıvana birbaşa gedən yolun bərpası dekabrın 1-dən sonra başlanacaq
“VICE News” nəşrinin müxbiri gördüklərindən heyrətə gəlib - Fotolar
Azərbaycanda Milli Dirçəliş Günüdür
"Paşinyan münaqişənin həllinə mane olur, hətta genişmiqyaslı müharibənin başlanması üçün..."
“Ermənistan bu gün qoşunlarını işğal olunmuş ərazilərdən çıxarmalıdır“ - Komitə sədri
Bərdəyə atılan "Smerç" raketlərinin qalıqları - FOTO
Ermənistandan Azərbaycana 13 ballistik “Skad” raketi atılıb
Ermənilər indi də Livanda dilənçilik edir
Fransa mediası Ermənistanı ittiham edir
Ermənilər indiyədək Tərtərə 15 700 top atıb
MN: “Azərbaycan Ordusunun qadağan olunmuş heç bir silah və sursatı yoxdur”
Ermənistan yüzlərlə PKK terrorçusunu Qarabağa gətirdi
İtaliya Deputatlar Palatası Qarabağla bağlı qətnamə qəbul etdi
Ermənilər Xankəndində jurnalistləri girov götürüb
"O deməlidir ki, bəli, işğal edilmiş ərazilər Azərbaycana qaytarılacaq" - Prezident bir daha atəşkəs şərtini açıqladı
Ermənilərin fosfor bombası atdığının sübutu - VİDEO
Ermənistanla bağlı qalmaqal böyüyür: Sanksiyalar olacaq?
Şuşalı qız Milli Məclisdə çıxış etdi
1960 türk əsgəri bölgəyə gəlir? - Orada bir dənə də olsun erməni hərbçisi olmayacaq
“Torpaqlarımız işğaldan azad olunana qədər...“ - İsa Qəmbər əsgərə məktub YAZDI
Paşinyan vahiməyə qapılaraq qərb ölkələrindən imdad diləyir
İşğal olunmuş rayonlarımızda məskunlaşan Livan erməniləri - FOTOLAR
Bu kəndlər də işğaldan azad edildi -Prezident açıqladı
Rusiya vətəndaşları 1500 dollara Ermənistan tərəfindən muzdlu kimi döyüşür - “Kommersant”ın müxbiri
Qarabağda vuruşan 24 ölkənin terrorçularının kimliyi bəlli oldu - SİYAHI
Paşinyan BBC-də özünü biabır etdi
“Qadağan olunmuş silahların istifadəsi qəbuledilməzdir“ - Səfir