Ətin saxlama müddəti onun təravətindən və bişirilmə üsulundan asılıdır. Ət dadlı və sağlam məhsuldur, lakin xüsusiyyətlərini itirməməsi üçün onu düzgün saxlamaq lazımdır. Ancaq bir çox insan onun düzgün saxlama qaydası ilə bağlı məlumatlı deyillər.
Xarici KİV xəbər verir ki, bu barədə endokrinoloq Aleksey Kaliniçevin danışıb.
Mütəxəssisin fikrincə, ət soyuducuda 3-4 gün saxlanılmalı, daha sonra dondurucuya yerləşdirilməlidir. Dərhal bişirmək fikrində deyilsinizsə, məhsulu dondurulmuş almaq və ya aldığınız zaman dondurucuya qoymaq daha yaxşıdır. Buna səbəb isə maddələr və dad ətdə itməsin. Bir parça ət əritmək qərarına gəlsəniz, onu dərhal deyil, avaş-yavaş etmək daha yaxşıdır. Bununla yanaşı, əti mənfi 18 dərəcə temperaturda saxlamaq lazımdır.
Təzə quş əti iki gün və bişirildikdən sonra daha üç gün saxlanıla bilər. Təzə qiymə soyuducuda maksimum iki gün saxlanıla bilər. Qablaşdırma olmadan, qiymə soyuducuda 12 saata qədər, qatılmış məhsullarla isə 6 saat saxlanıla bilər.