Rusiya Qarabağda niyə ev tikir?
24-11-2020, 15:10
196

Rusiya Qarabağda niyə ev tikir?

Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyi tərəfindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə humanitar yardım göndərilib. Bundan başqa, Rusiya Müdafiə Nazirliyinin Beynəlxalq Ərazilərin Minalardan Təmizlənməsi Mərkəzinin hərbçiləri xüsusi təlim keçmiş itlərlə birlikdə Dağlıq Qarabağda minadan təmizləmə əməliyyatına göndərilib. 
Qarabağda rus sülhməralılarının yerləşdirilməsindən sonra həyata keçirilən bu cür proseslər cəmiyyət arasında xoş qarşılanmayıb. Böyük kütlə “nəyə görə bu məsələlərə də Rusiya qarışmalıdır, niyə bununla Rusiya məşğuldur?!”, - deyə etiraz edir.
Bəs baş verən proseslər belə olmalıdırmı? 
Mövzu ilə bağlı “BakuPost”a danışan hərbi ekspert Ədalət Verdiyev bildirdi ki, Rusiya FHN-nin Qarabağa humanitar yardım gətirməsi beynəlxalq hüquq normalarına heç də zidd deyil:
“Çünki sülhməramlı missiyasını öz üzərinə götürən hər bir tərəf həmin ərazidə işsiz, evsiz qalan və qida ehtiyacı olan insanlara humanitar yardım göstərmək hüququna malikdir. Bu məsələlər böyük ehtimalla Azərbaycan tərəfi ilə də əvvəlcədən razılaşdırılıb. Qeyd edim ki, eyni fəaliyyətləri Türkiyə Silahlı Qüvvələri də Suriyada icra edirlər. Yəni, Türkiyə hərbçiləri Suriyadan olan qaçqın və köçkünləri öz ərazilərinə qaytarmaq üçün həm sülhməramlı missiyasını yerinə yetirir, həm də humanitar yüklərin o yerlərə çatdırılmasını təmin edirlər”. 
Ə.Verdiyev əlavə etdi ki, Qarabağı minadan təmizləmək məqsədilə Rusiyadan gələn hərbçilərin yerinə yetirdiyi funksiya isə tamamilə normaldır:
“Çünki həmin ərazilərdə sülməramlılar öz vəzifələrini yerinə yetirmək üçün 30 il ərzində yığılıb qalan minaları, partlamamış sursatları zərərsizləşdirmək məcburiyyətindədirlər. Həmin ərazilər hazırda Rusiya sülhməramlılarının nəzarətində olduğu üçün bu ərazilərin təhlükəsizliyini təmin etmək də onların vəzifəsidir. Burda Azərbaycan xalqını narahat edəcək ciddi bir problem yoxdur”.

Oxşar xəbərlər

Xankəndində qurumlararası humanitar mərkəz fəaliyyətə başladı
Rusiya Dağlıq Qarabağa mühəndis-istehkamçılar da göndərib
Şuşada Azərbaycan və Rusiya rəsmisi arasında görüş keçirildi
Rusiya MN: Laçın dəhlizində minalardan təmizlənmə işləri aparılır
Rusiyalı sülhməramlılar Dağlıq Qarabağın minalardan təmizlənməsində iştirak edəcək
Rusiya Müdafiə Nazirliyindən Qarabağa dair YENİ AÇIQLAMA
Dağlıq Qarabağda atəşkəs rejimi ilə bağlı Rusiya MN-dən mühüm AÇIQLAMA
Prezidentlər Qarabağı müzakirə ediblər
Türkiyə və Rusiyanın Qarabağa dair danışıqları başa çatdı
Rusiyanın sülhməramlı qüvvələri Qarabağda - Video
Rusiya sülhməramlıları Qarabağa yola düşüblər
“Rusiya ilə Türkiyənin birgə səyləri Dağlıq Qarabağda döyüşləri dayandırdı”
Şuşa uğrunda döyüşlərdə şəhid olan 6 hərbçimizin cəsədi təhvil alındı
Türkiyə hərbçilərinin Dağlıq Qarabağda qalacağı müddət açıqlandı
Hərbi ekspert: "Qarabağda hər hansı erməni bundan sonra...”
Rusiya sülhməramlılarından ibarət 10-cu təyyarə Dağlıq Qarabağa yola düşdü
Rusiya bildiyini edir, ancaq buna mane ola bilməyəcək - Politoloq
Rusiyadan Dağlıq Qarabağda atəşkəs rejimi ilə bağlı AÇIQLAMA
Rusiya Müdafiə Nazirliyinin saytında Qarabağ haqda yenilik
“Ermənistan bütün şanslarını itirir” - General-mayor
Sülhməramlıların daha 8 təyyarəsi Qarabağa uçdu
Ermənilər təcili yardım maşınları ilə silah daşımaq istədi – Gürcüstandan qadağa
Ermənistanın müdafiə naziri Rusiya sülhməramlılarının komandanı ilə görüşdü
Rusiyalı sülhməramlılar Laçın dəhlizində ilk postu qurdular - FOTO
Rusiya sülhməramlılarının polkovniki postlardakı vəziyyətdən DANIŞDI
Rus hərbçilər Qarabağda mina təmizləməyə davam edir - VİDEO
Hər şey Qarabağda məhv edildi: İrəvan özü müdafiəsizdir
Qarabağda bu sayda erməni yerləşdirilib
Ermənistanın silahlı qüvvələrinin Dağlıq Qarabağdan çıxarılmasına başlanılıb
Qarabağda minaya düşən rusiyalı sülhməramlı Bakıya gətirildi