“Onlar erməni diasporunun tam təsiri altında bunu edirlər” - Natali Qule
26-11-2020, 14:23
109

“Onlar erməni diasporunun tam təsiri altında bunu edirlər” - Natali Qule

Fransa Senatında qondarma “Dağlıq Qarabağ Respublikası”nın tanınması haqqında qətnamənin səsvermə prosesinin detalları məlum olub.
Gündəlik Bakı xəbər verir ki, bu qərəzli sənədi Dağlıq Qarabağ münaqişəsinin detalları barədə heç bir təsəvvürü olmayan, münaqişənin hazırkı mərhələsindən xəbərsiz olan, hətta çıxışları belə dinləməyən, iclasboyu telefonlarında qurdalanan senatorların qəbul etməsi diqqətdən yayınmayıb.
Qətnamə layihəsinin qəbul edilməsinə qarşı çıxan yeganə senator Natali Qule səsvermə sonrası belə deyib: “Layihənin ideya müəllifləri ermənilərin Fransada kompakt yaşadığı regionlardan olan senatorlardır. Təbii ki, onlar erməni diasporunun tam təsiri altında bunu edirlər. Senatorların bir çoxu heç Dağlıq Qarabağı xəritədə belə göstərə bilməzlər. Biz münaqişə tərəflərini daim sülhə çağırırdıq, günahsız insanların ölməsini istəmirdik. Artıq razılaşma var, tərəflər müharibəni dayandırıb, artıq qan tökülmür. O zaman bu qərəzli qətnaməyə nə ehtiyac var?"
Bildirilib ki, çıxışlar zamanı Fransa Senatının bir çox üzvünün müharibənin dayandırılmasından, tərəflər arasında razılaşmanın əldə olunmasından xəbəri belə yoxdur. Məsələn, militarist ruhda çıxış edən senator Stefan Ravyenin sözlərinə görə, Fransadakı erməni gənclər vətənlərinə dönüb vuruşmaq istəyirlər, onların yolu açılmalıdır. O qeyd edib ki, Fransadakı QHT-lər onlara yardımçı olmalıdır. Digər senator Alen Rişar qondarma rejimin guya hələ 1991-ci ildən müstəqil dövlət kimi fəaliyyət göstərdiyini deyib. Bununla belə, iclasın yekununda çıxış edən Fransa Xarici İşlər Nazirliyi yanında parlament məsələləri üzrə dövlət katibi Jan Batist Lemuan qətnamə layihəsinin Fransanın mənafeyinə uyğun olmadığını, Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi neytral mövqe sərgiləməli olduğunu diqqətə çatdırsa da, bu, Senatın mövqeyinə təsir etməyib. (Report)

Oxşar xəbərlər

Franasada Azərbaycanı müdafiə edən Natali kimdir? - FOTO
“Fransanın həmsədr kimi fəaliyyətinə son qoyulmlıdır” - Deputat
Fransa Ermənistana kəşfiyyat məlumatları ötürürdü...
Fransa XİN Senatın qərarına münasibət bildirib
İlham Əliyev: "Qarabağ – Azərbaycandır. Və nida işarəsi"
“Dağlıq Qarabağda “seçkilər”in ikinci raundunu tanımırıq”
Rəsmi Ankaradan Fransa senatının qətnaməsinə REAKSİYA
Paşinyan daha əvvəlki tək “asıb-kəsmir”: Bəs nə oldu?..
Səfirlik qarşısında etiraz aksiyası keçirilib: “Fransa, ATƏT-dən rədd ol!” - Video
“Əməliyyatlar başlasa, ordumuz İrəvana qədər irəliləyəcək”
Makrondan Qarabağ tviti: Buna hazırıq!
“Ermənistanın Qarabağ münaqişəsinin mərhələli həllini rədd etməsi danışıqları alt-üst edir”
Türkiyə Qarabağla bağlı “səlahiyyət sənədi” hazırlayır
Sarkisyan muzdluların Qarabağda döyüşdüyünü etiraf ETDİ
“Bunu qəbul edin və istefaya gedin!”
Ermənistanı dəstəkləyən fransız kimdir? - Açıqlama
"Ermənistanın işğalı dayandırılmalıdır" - Albaniyanın sabiq prezidenti
Mayk Pompeodan Qarabağla bağlı ÇAĞIRIŞ
Alən Uper Fransa Senatının prezidentinə çağırış edib
İlham Əliyev AŞPA-nı sərt tənqid etdi
"İndi nə oldu bu xəritələr? Cəhənnəmə getdi" - İlham Əliyev
Tehran Dağlıq Qarabağda keçirilən qondarma seçkiləri tanımır
Arayik Arutyunyan: "Bu sənədi imzalamağa məcbur idik"
XİN: “ABŞ Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”
"Mənim Azərbaycan pasportum yoxdur" - Xalq artisti Emin Ağalarov - VİDEO
Ermənilər dünyanı özlərinə güldürmək üçün yeni yol tapdılar
“Ermənistan siyasi rəhbərliyinin bu oyunları nəticəsiz qalacaq”
Qarabağda mülki erməni qalmayıb: Erməni nazirdən pensiya açıqlaması
Paşinyan erməni xalqına müraciət etdi: “Qarabağ münaqişəsi həll olunmayıb”
“Bu, mənim erməni xalqına sözümdür” - İlham Əliyev