Müharibə vaxtı Kim Kardaşyana zərbə vuran azərbaycanlı kimdir?
29-11-2020, 09:50
105

Müharibə vaxtı Kim Kardaşyana zərbə vuran azərbaycanlı kimdir?

Torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlər tək ön cəbhədə deyil, arxa cəbhədə də getdi. Arxa cəbhədə gedən informasiya döyüşündə xalqımız çox gözəl birlik nümayiş etdirdi. Bu mübarizədə əsasən gənclər aktivlik göstərirdi. Düşməni layiqincə susduran, informasiya sahəsində onlara zərbələr endirən gənclərdən biri də Cəfər Nəcəfovdur.
“Yeni Sabah” xəbər verir ki, o, müharibə dövründə etdiyi qəhrəmanlıqları bölüşüb. Cəfər Nəcəfovun danışdıqlarını olduğu kimi sizə təqdim edirik:
"Vətən müharibəsi başlayan ilk gündən Azərbaycan Respublikasının 1-ci vitse-prezidenti Mehriban xanım Əliyevanın başlatdığı "Həqiqəti Paylaş” onlayn kampaniyası çərçivəsində mən və həmkarlarım bütün mövcud resurslarımızdan istifadə edərək bu informasiya müharibəsində əlimizdən gələni etdik və edirik.
Çox sevindirici hal idi ki, hər bir Azərbaycan vətəndaşı bir yumruq kimi birləşib erməni yalanını ifşa etdi və erməni təcavüzü haqqında reallıqları bütün sosial şəbəkələrdə və platformalarda beynəlxalq auditoriyaya çatdırdı.
Özünü Azərbaycan vətəndaşı, Azərbaycanın, bu millətin bir parçası hesab edən hər bir kəsin vətəndaşlıq borcudur ki, belə bir həssas məqamdə ölkənin maraqları onun prioritetinə çevrilsin və o bunun uğrunda öz bacarıqlarından və resurslarından maksimum şəkildə istifadə etsin.
İşğalçı Ermənistanın yaydığı yalan məlumatların qarşısını almaq, informasiya sahəsində düşmənə qarşı mübarizə aparmaq və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün biz də sosial media platformalarından maksimum şəkildə istifadə edirdik.
Dəfələrlə həştəqlərimiz dünya trendinə düşmüşdür.Müharibənin ilk günlərində məşhur erməni əsilli influencer Kim Kardashian öz instagram səhifəsindən bütün dünyaya işğalçı ermənistan ordusuna ianə olunmasını istədi.
Təbii ki, biz buna səssiz qala bilməzdik. Ona görə də, Kim Kardashian və onun kimi digər böyük izləyici kütləsinə malik erməni influencerlərin yalan məlumatlar və erməni terrorçularına dəstək paylaşımlarının qarşısını almaq üçün onların bizneslərinə hücumlar təşkil etməli olduq.
Hücumlar əsasən telegram kanalımdakı ordum vasitəsilə gizlin həyata keçirilirdi.
Bir gün içərisində Kim Kardashianın 5 ulduz reytinqinə sahib bizneslərini 2 ulduzdan da aşağıya sala bildik və uğurlu cəhdlərimizdən sonra artıq Googleda bu kimi şəxslərin bizneslərinin adını yazan şəxslərin qarşısına "bu saytlardan alış veriş olunması məsləhət deyil" xəbərdarlığı çıxmağa başladı.
Bu bizim üçün informasiya müharibəsində çox böyük uğur idi, çünki ondan sonra Kim Kardashian erməni ordusuna dəstəklə bağlı heç bir paylaşım etmədi və digər erməni əsilli məşhurlar da Kim Kardashiana olan bu hücumların onların da başına gələ biləcəklərindən ehtiyatlanaraq onlar da paylaşım etdikdə riski göz önünə gətirib ən azından 2 dəfə düşünürdülər.
İnformasiya müharibəsi bitmiş sayılmır və biz hələ də öz mübarizəmizə davam edirik.
Mən fürsətdən istifadə edərək bütün xalqımı bu böyük qələbəmiz münasibətilə təbrik edirəm, Şəhidlərimizə Allahdan rəhmət diləyirəm".
Qeyd edək ki, Cəfər Nəcəfov Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının rəis müavini Xosrov Nəcəfovun oğludur, anası isə Azərbaycan Respublikasının Xalq artisti müğənni Mələkxanım Əyyubovadır./ Avtosfer.az
 

Oxşar xəbərlər

“Ön cəbhədə əsgərlərimizdə böyük ruh yüksəkliyi var“ - Qarabağ qazisi
İki oğlu şəhid olan Zeynəb ana: “Təki Vətən sağ olsun!”
Yeni orden və medallarla bağlı layihə ikinci oxunuşda təsdiqləndi
“Yüzlərlə azərbaycanlı idmançı hazırdır, növbəmizi gözləyirik”
Fəxrəddin Manafov əsgərlərə məktub yazdı: “Sizin haqqınızda kinolar çəkiləcək“
“Biz gecə-gündüz vətənizimə xidmət edirik, hətta bir neçə imamımız cəbhədə vuruşur...”
Mehriban Əliyevanın çəkdiyi görüntülər gündəm oldu - Video
“Azərbaycan Ordusu Xocavənd və Ağdamda erməniləri darmadağın edərək...“ - Türkiyə mətbuatı
“Hər an müharibə başalaya bilər”
“Məğlub xalq” ifadəsini üzərimizdən götürdük” - Dörd oğlu döyüşmüş ana
Ermənilər qan ağlayır, Aşot isə gülür - Paşinyan ailəsinin yalanı
Şəhid ailələri və müharibə əlillərinə evlər verilib
“Azərbaycan nefti olmadan Böyük Vətən Müharibəsində SSRİ-nin qələbəsi mümkün olmazdı”
Prezidentə yazırlar: Cənab Ali Baş Komandan, Sizin ətrafınızda sıx birləşib ərazi bütövlüyümüz uğrunda canımızdan keçməyə hər an hazırıq
“Bütün atılan addımlar bir məqsədi güdürdü ki...” – Ali Baş komandan
Mixail Qusman Mehriban Əliyevanı təbrik etdi
“Torpaqlarımız işğaldan azad olunana qədər...“ - İsa Qəmbər əsgərə məktub YAZDI
“Vətən Müharibəsi Qəhrəmanı” adı təsis edildi
Cəbhəyə gələn erməni qadınlarının niyyəti nədir? - Foto
Döyüşdə böyük rəşadət göstərən igidlərimiz - VİDEO
Şəhid ailələri və müharibə əlillərinə yeni evlər verilib
"Həm cəbhədə, həm də siyasi arenada çox ciddi mübarizə gedir" - Prezident
“Azərbaycan 30 il işğalda olan ərazisinin böyük hissəsini azad edib”
Məşhur müğənni Qarabağdakı döyüş yolundan DANIŞDI
Mariya Pavlovna İlham Əliyevi təbrik etdi
Vətən Müharibəsinin qəhrəmanı Elçin: Mənim anam vətənimdir...
Abdullah Gül İlham Əliyevə təbrik məktubu göndərib
Biz döyüş meydanında tarixi ədaləti bərpa edirik - İlham Əliyev
91 YAŞLI QOCAMAN ZİYALI
Ziya Məmmədov döyüşmək istəyir: "Ön cəbhəyə yollanmağa hazıram" - Keçmiş nazirdən ilginc açıqlamalar