Rus sülhməramlıları Qarabağda 5 il qalası deyil... – “Azərbaycan məsələ qaldıracaq”
29-11-2020, 10:04
149

Rus sülhməramlıları Qarabağda 5 il qalası deyil... – “Azərbaycan məsələ qaldıracaq”

Qarabağ haqda 10 noyabr razılaşmasından sonra Azərbaycanda insanları narahat edən məsələlələrdən biri də separatçıların liderinin sülhməramlıların komandirləri ilə şəkil çəkdirməsi, onlarla görüşlərdə separatçıların bayrağının qoyulması, Araik Arutunyanın Moskvaya səfər etməsidir. Bu kimi hallar təhlükəli siqnallar hesab oluna bilərmi?
Millət vəkili Fəzail Ağamalı Azpolitika.info-ya müsahibəsində deyib ki, o SSRİ və Rusiya müstəmləkəçiliyinə qarşı mübarizə aparan şəxs olub və bu gün də mövqeyində qalır: “Lakin biz, bu gün mövcud olan situasiyada xalq olaraq Rusiyanın sülhməramlılarının üzərinə getməli deyilik. Bunu buraxmalıyıq ölkə prezidentinin diplomatik məharətinə və onun atdığı addımları dəstəkləməliyik. 
Mən parlamentdə də bildirdim, bizim qələbəmizi təmin edən başlıca şərtlərdən biri xalqımızın həmrəyliyi və bütövlüyü oldu. Xalqımız dövləti və Ali Baş Komandanı ilə bərabər oldu. Ona görə də, bizi heç cür daxildən parçalaya bilmədilər. Cəmiyyət bütöv olduğundan ordu arxayın idi ki, onun ailəsi problem, xaos içində deyil. 
Odur ki, ordu irəli getdi, qələbə qazandı. Ona görə, biz, bu mövqeyi saxlamalıyıq. Mənim birmənalı mövqeyim odur ki, ölkə prezidenti verdiyi bütün sözləri tutub, arxasında dayanıb.
Separatçılara gəldikdə, ola bilsin ki, təhlükə görüntüsü yaradır. Mənim özüm də buna baxanda narahat oldum. Gördüm ki, Rusiya generalı separatçı və quldur Arutyunyanla foto çəkdirib və o fotoda separatçıların əski parçası da var. Arutyunyan Paşinyanla son dəfə görüşəndə həmin “bayraq” yox idi. Onun Moskvaya niyə getməsinə gəlincə, ola bilsin ki, tapşırıqlar almağa gedib. Amma istənilən halda, Ermənistan özünün faşist düşüncə siyasətini hansısa formada ifadə etməyə cəhd edərsə, cənab prezidentin dediyi kimi, on qat cavabını alacaq. İnsanlarımız bu məsələdə arxayın olsunlar. Nəhayətdə mənim gümanlarıma görə, rus sülhməramlıları 5 il orada qalası deyil”.
F. Ağamalının proqnozuna görə, bütün məsələlər qaydaya qoyulduqdan sonra mümkündür ki, maksimum 15-20 min əlsiz-ayaqsız erməni oraya gəlib yaşamaq istəsin: “Onlar filtrasiyadan keçdikdən, Azərbycan vətəndaşı kimi yaşamaq imkanı əldə etdikdən sonra görəcəklər ki, normal münasibətlər çərçivəsində yaşamaq mümkündür. Bu zaman Azərbaycan məsələ qaldıracaq ki, türk qardaşlarımız da daxil olmaqla, sülhməramlıların burada qalmasına ehtiyac yoxdur. Beləliklə, bütün sülhməramlılar Azərbaycanı tərk edəcəklər. Mən bunu gözəyirəm, bu, tamamilə real proqnozdur. Ona görə də, gəlin hadisələri qabaqlamayaq, əksinə, prosesləri izləyək”.

Oxşar xəbərlər

Türkiyə və Rusiyanın Qarabağa dair danışıqları başa çatdı
Söz sahibi təkcə Rusiya deyil, Türkiyə də həlledici mövqedədir - ŞƏRH
Araik Arutunyanın ailəsi Xankəndinə qayıtdı
Xocavənd, Xankəndi və Xocalı Azərbaycanın tərkibində qalır - Açıqlama
İlham Əliyev Putinlə Türkiyə sülhməramlıları haqda danışdı
"Qarabağda Azərbaycanın qaydaları işləyəcək” - Nöqtə qoyuldu!
Qarabağda ermənilərlə ruslar arasında atışma – Son dəqiqə
Yerevanda məktub qalmaqalı
Araik Arutyunyanın hospitaldan görüntüləri yayıldı - Video
"Sorosçular" Qarabağda Rusiyaya qarşı - Klanda YENİ PARÇALANMA
Fəzail Ağamalı Türkiyədə soyuldu (FOTO)
"AXC çox böyük dövlət olub" - deputat
Fəzail Ağamalının ailəsinin sürücüsü koronavirusdan ÖLDÜ
Deputat Türkiyədə qarət olunması barədə xəbərlərə aydınlıq gətirdi
"Əsgər və hərbçilər koronavirusa, dizenteriyaya yoluxub" - Erməni valideyn
Sülhməramlıların gəlişi rus hərbi bazası demək deyil - Sülhün qarantı T
Kreml əmr versə, qiyam Qarabağdan başlayacaq
“Özümüzü koronavirusdan qoruyaraq əsgərlərə dəstək olaq” - Elnur Allahverdiyev
Paşinyan daha əvvəlki tək “asıb-kəsmir”: Bəs nə oldu?..
"İlham Əliyev Azərbaycan xalqının Atatürküdür"
Separatçıların qondarma hökuməti İrəvana köçürüldü
Paşinyanın tərəfdarları Qarabağdakı Rusiya sülhməramlılarına qarşı…
Putindən Paşinyana mesaj: Ermənistanın iddiaları yersizdir - GƏLİŞMƏ
Araiklə bağlı heç bir məlumat verilmir
Qarabağda sülhməramlıların nəzarət etdiyi ərazilər - XƏRİTƏ
Ermənilər Rusiyanı günahlandırır - Video
Ermənilər “İsgəndər”lə bu şəhərimizi vurub– Şok video
Əli Kərimli Ramiz Mehdiyevə işləyib – ŞOK açıqlama
Son dəqiqə: Araik Arutunyan məhv edildi
Qarabağda “Lənkəranı tutmaq” haqda danışılır - Xankəndində nə baş verir?