Araşdırmaçı jurnalist Cavanşir Həsənli həmin vaxt facebook’da paylaşdığı məlumatda qeyd edirdi ki, “Embawood” şirkətinin rəhbəri kimi tanınan iş adamı Məmmədov Məşhur Şahbaz oğlu 2019-cu ilin əvvəllərində Şərqi Amerikada villa alıb.
Masallıdan olan məşhur iş adamı əmlaka 1 140 000.00 dollar ödəyib. Villa Nyu-York yaxınlığında RIVERDALE 335, Lot in Fort Lee-də yerləşir. Villanın illik dövlət vergisi 26,374.15 dollar təşkil edir.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.



