Uzun illərdir ki, Füzuli rayonuna başçılıq edən Alı Alıyevin yaxın günlərdə vəzifədən alınması gözlənilir. Yerli mətbuatın yazdığına görə buna səbəb son zamanlar cənab Alıyevin fəaliyyətindən Prezident Adminstrasiyasına şikayətlərin həddindən artıq artmasıdır. Elə bu üzdən də Füzulinin icra başçısı vəzifədən alınanların siyahısında birinci sıradadır.
Alı Alıyev 25 fevral 2011-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Füzuli rayonu İcra Hakimiyyətinin başçısı təyin edilib.
Aldığımız məlumata görə Füzulinin icra başçısı portfelini Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) Füzuli rayon şöbəsinin direktoru Hüseyn Abbasov ala bilər. Hər halda Füzuli rayonunda gəzən söz-söhbət bundan xəbər verir.
Qeyd edək ki, Hüseyn Abbasov uzun illər Füzuli rayon icra başçının müavini, Sosial – iqtisadi İnkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində çalışıb. Rayonun kənd təsərrüfatı sahəsi onun nəzarətində olub. Məlumata görə Hüseyn Abbasov müavin vəzifəsini də bir müddət əvvəl məhz başçı olmaq həvəsinə düşdüyü üçün itirib. Bundan sonra isə Kənd Təsərrüfatı naziri İnam Kərimova yaxınlığı olan Hüseyn Abdullayev Dövlət Aqrar İnkişaf Mərkəzinin(DAİM) Füzuli rayon şöbəsinin direktoru vəzifəsinə təyinat alıb və bu günə qədər həmin vəzifəni icra etməkdədir.
Müavin olduğu illərdə, daha sonra isə DAİM-in direktoru vəzifəsində olan Hüseyn Abbasov adminstrativ imkanlarından istifadə edərək Harami düzində çoxlu torpaqları ələ keçirib. Məlumata görə həmin torpaq sahələrini kirvəsinin qardaşı Facət Heydərovun adına sənədləşdirib və həmin ərazilərin əkin-biçininə birbaşa özü nəzarət edir. Həmin əkin sahələrinin 1000 hektardan çox olduğu bildirilir.
Son zamnalar isə Hüseyn Abbasov azad olunmuş Xələfşə kəndində bir neçə iri ferma tikdirdiyi qeyd olunur. Hüseyn Abbasovun köhnə və yeni fermalarında minlərlə iri və xırda buynuzlu heyvanları saxlanılır.
Hüseyn Abbasov son zamanlar Füzulidə son model LEXSUS markalı avtomabil alması ilə diqqət cəlb edib. İcra başçısı olmağa hazırlaşan Hüseyn Abbasov bir neçə restoranı ilə də rayonda tanınır. Onlardan biri də Horadiz şəhərinin girəcəyində “İşıqforun yanı” deyilən yerdə böyük və təmtəraqlı restorandır. Onun Bakıda və xaricdə də bir sıra mülklərinin olması haqqında da təsdiqlənməmiş məlumatlar var.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq… //AzFakt.com//
Füzuliyə kimi başçı gətirirlər... - İDDİA
05
aprel
17:55

Qarabağ
OXŞAR XƏBƏRLƏR
İcra başçısı özünə iki yeni müavin təyin etdi - FOTOLAR
İcra başçısı özünə yeni qadın müavin təyin etdi (FOTO)
Kəlbəcərin icra başçısı müavinini və köməkçisini İŞDƏN ÇIXARDI
Nizaməddin Quliyevin işdən çıxarılan kadrının yerinə TƏYİNAT
İcra başçısı oğluna son model “Lexus-570“ alıb - FOTO
Füzuli şəhərinin ərazisi minalardan təmizlənir - İcra başçısı
İcra başçısı müavinini İŞDƏN ÇIXARDI
Naftalan şəhər İcra Hakimiyyətində dəyişiklik
İcra başçısı onu özünə müavin təyin etdi
Bu rayonun icra başçısı müavinini işdən çıxardı
Alimpaşa Məmmədovun vəzifəsi bu şəxsə TAPŞIRILDI
İcra başçısı onu özünə müavin təyin etdi - FOTO
Humanitar yardıımı mənimsəyən icra başçısı
Prezidentin təyin etdiyi yeni icra başçıları kimdir? - DOSYE
İcra başçısı ilə birgə saxlanılan müavinləri - FOTO
Azərbaycanda yüksək vəzifəyə təyinat - FOTO
Əhəd Abıyev özünə yeni müavin təyin etdi - FOTO
Füzuli icra başçısı postu uğrunda SAVAŞ: Alı Alıyevin böyük sərvəti və saxtakarlıqları ÜZƏ ÇIXDI – SİYAHI
İcra başçısı özünə yeni müavin TƏYİN ETDİ
Həbs olunan icra başçıları “Səni deyirlər”, Alı Alıyev- Füzulinin icra başçısının milyonluq villaları, avtomobilləri, 30 min qoyunu, 5 min mal-qarası…
Füzulinin icra başçısı da CƏZALANDIRILACAQ - Ondan qalaq-qalaq şikayət var...
Yeni icra başçısı harda işləyib?
Eldar Əzizovun iki kadrı bu rayonlara icra başçısı təyin olundu
Füzuliyə komendant təyin edildi
Prezidentlə xanımı Füzuliyə getdi
Ramiz Mehdiyevin 25 illik kadrı işdən çıxarılır? - İDDİA
İcra başçısı şöbə müdirini işdən çıxardı
İcra başçısına yeni müavin təyin edildi
İcra başçısının oğlu polisdən çıxarıldı - Cinayət işi açıldı
Goranboy İcra Hakimiyyətində yeni TƏYİNATLAR
- Qanunsuz balıq ovlayan şəxslər cəzalandırıldı
- Qızıl və gümüş cüzi bahalaşdı
- Müharibədə nə qədər uşaq qətlə yetirilib?
- "Liverpul" dünya çempionunu transfer etdi
- Ana südü ilə qidalanmanın zehni qabiliyyət arasındakı ƏLAQƏ
- 25 il harada işlədiyi məlum olmayan İlqar Abbasov 2004-cü ildə necə Nərimanovun icra başçısı oldu? - İlqar Abbasovla Adil Vəliyevi hansı tellər bağlayır...
- Paşinyanın oğlunu oğurlamağa cəhd edən qadına hökm oxundu
- Tələbələr imtahandan keçid üçün görün hansı üsula əl atırlar - VİDEO
- İraqın şimalında əməliyyat: 2 PKK terrorçusu zərərsizləşdirildi
- Canavarların iri yaşayış məntəqələrində peyda olmasına səbəb nədir? - AÇIQLAMA
- Ədliyyə Nazirliyinin yüksək vəzifəlisinə cinayət işi açıldı - Təfərrüat
- Bu şəxslərlə bağlı yeni cərimələr müəyyən edilir
- Azərbaycanda ərzaq məhsullarının qiyməti azala bilər
- Qubadlıda çətənə kolları aşkarlandı
- İlkin Süleymanov son sözündə nələrdən danışdı? - Hakim müdaxilə etdi
- Yeni işindən 2.5 milyon qazanacaq
- Qadın sağlamlığı üçün ən faydalı mineral
- İlham Əliyev və Ərdoğanın salamlaşma anı Külliyədə coşğu ilə qarşılandı - VİDEO
- Türkiyədə sərnişin daşıyan iki avtobusun toqquşmasını əks etdirən dəhşətli görüntülər
- Misirdə qum fırtınasının dəhşətli görüntüləri yayıldı
- Almaniyanın məşhur rok qrupu dağılır
- Aleyna Tilkidən NASA-ya qəribə çağırış: “Yadplanetlilərlə görüşmək bizim haqqımızdır”
- İran və Səudiyyə Ərəbistanı yeni koalisiya yarada bilər
- Əfqanıstanda insanların riskli xilasetmə cəhdi: Həyatlarını təhlükəyə atdılar