Azərbaycanın sığorta şirkətlərinin 2021-ci ili necə başa vurduğu məluüm olub. FED.az xəbər verir ki, ölkədə fəaliyyət göstərən 20 sığorta şirkətindən 19-u maliyyə göstəricilərini açıqlayıb.

İlin nəticələrinə görə, 2021-ci ildən 16 şirkət mənfəət, 3 şirkət zərərlə çıxıb. «Azərsığorta» Dövlət Şirkəti hələlik hesabatını açıqlamayıb.
Göstəricilərə əsasən ən böyük mənfəəti «Paşa Holdinq»ə məxsus olan «Paşa Sığorta» (17,7 milyon manat) və «Paşa Həyat Sığorta» (26,6 milyon manat) şirkətləri əldə edib.

Mənfəətinin həcminə görə 3-cü yeri tutan şirkət «Atəşgah Həyat Sığorta»dır – 6,4 milyon manat.

«Bakı Sığorta», «Günay Sığorta» və «Atasığorta» isə ili zərərlə başa vurublar.