
Demokratik.az-a daxil olan məlumata görə, deyilən korrupsiya meyilli tikinti uğursuzluğundan dərhal sonra həmin baxçanı məqsədli şəkildə rayon Mərkəzi Xəstəxanasının həyətində tikilmiş şəxsi obyektə köçürüblər. Məlumata görə, həmin obyekt də Yardımlı İHB-nin Başçının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Mahir Mirzəyevə məxsusdur. Köçürmədən sonra, uşaq bağçasının Mahir Mirzəyevə aylıq kirayəhaqqı ödədiyi deyilir. Hazırda təmir edilmədən sənəddə "yararsız" kimi saxlanılan obyektin də yerli məmurlardan biri tərəfindən "özəlləşdirləcəyi" dillərdə danışılır.
Ən acınacaqlısı həm də odur ki, körpələr evinin xəstəxananın həyətində yerləşdirilməsi körpə uşaqların sağlamlığına real təhlükələr yaradır. Belə ki, uşaqların yatıb-oynadıqları məkanın 30 metrliyində mərkəzi xəstəxanaya aid olan vərəm dispanseri yerləşir.
İnanaq ki, yazılanlara aydınlıq gətirilər...