Heç bir idarəetmə təcrübəsi olmadığı halda böyük bir instituta rəhbər təyin olunan (bunun necə baş verdiyindən az sonra bəhs edəcəyik), bu da azmış kimi uzun illər elm ocağında can qoyan təcrübəli əməkdaşlara qarşı savaş açaraq onları işdən uzaqlaşdıran, əvəzində özü kimi təcrübəsiz kadrları vəzifələrə təyin edən bilən C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru Gülnaz Dadaşovanın “qoruyucu mələyi” haqqında cumhuriyyet.az olaraq ilginc məlumatlar əldə etmişik.
Keçmiş səhiyyə naziri O.Şirəliyevlə qohumluq əlaqələrinə güvənərək böyük bir elm-səhiyyə ocağını məhvə sürükləyən G.Dadaşova bu gün də eyni ampuladadır. Ölkə qanunlarının heçə sayıldığı, bir qrupun maraqlarına tabe edilən Kardiologiya İnstitutu Azərbaycan səhiyyəsinin alınmaz qalasına çevrilib. Bütün dünya ürək-damar xəstəliklərinin cavanlaşması prosessinin qarşısını almaq, yeni yollar, müasir müalicə üsulları axtardığı halda, ölkəmizdəki Elmi –Tədqiqat Kardiologiya İnstitutunda ürək ağrıdan mənzərə davam etməkdədir. Çünki, nə qanunlar, nə nazirlər G.Dadaşovanın “ürəyinə toxuna bilmir” .
Xatırlatmaq yerinə düşər ki, ölkənin bir nömrəli kardioloqu G.Dadaşova bu vəzifəyə keçmiş nazir O. Şirəliyevlə olan qudalığın “şirinliyi” oplaraq təyinat alıb. Belə ki, cumhuriyyet.az-a daxil olan məlumata görə, G.Dadaşova ”Sobsan Boya” şirkətinin rəhbəri olan Cavid bəyin əmisi qızıdır. O.Şirəliyev oğlunu ikinci dəfə evləndirərkən qohum olduğu yeni qudası da “Sobsan Boya” şirkətinin əsas payçılarından, şəriklərindən biridir. Beləcə keçmiş nazir özü istəməsə də “Sobsan”ın boyalarına bulanmaq məcburiyyətində qalmış və nəticədə Gülnaz xanımın Kardiologiya İnstitutunun rəhbərliyinə gedən yolu açılmışdı.
Məsələ ilə bağlı cumhuriyyet.az olaraq əldə etdiyimiz məlumatlara görə Kardiologiya İnstitutunda aparılan son yoxlamalar zamanı ciddi qanun pozuntuları aşkarlanıb. Hətta üzə çıxarılan nöqsanlar o qədər dəhşətli olub ki, göstərilən çabalara baxmayaraq ört-basdır etmək mümkün olmayıb. Ən acınacaqlısı odur ki, Gülnaz xanım yoxlama nəticəsində aşkarlanan nöqsanıları düzəltmək əvəzinə onları pulla batırmaq qərarına gəlib. Necə deyərlər, üzrü günahından betər olan bu əməliyyata görə isə İnstitutda kütləvi pul toplama aparılır.
Məlumatlara görə, İcbari Tibbi Sığorta Agentliyinin Hikmət adlı yüksək vəzifəli şəxsi ölkənin baş kardioloquna “ürəyini buz kimi saxlamağı” tapşırıb. Məhz onun yüksək himayədarlığı G.Dadaşovanın ölkə qanunlarına meydan oxumasına səbəb olur. Hikmət müəllimin himayədarlığı altında aparılan yoxlamanın nəticələri ört-basdır edilir, lazımi instansiyalara çatmasına imkan verilmir.
Heç kimə sirr deyil ki, qos-qoca institut G.Dadaşova və bir neçə nəfər qohumunun qazanc mənbəyinə çevrilib, sadə insanlar üçün tibbi xidmətlər əlçatmaz həddə qaldırılıb, savadlı kadrlar müxtəlif yollarla işdən uzaqlaşdırılır, dərman mafiyası at oynadır, saxta ürək əməliyyatları və arayışların verilməsi üçün bazar açılıb, amma baş verənlər heç kimin umurunda belə deyil.
Verilən məlumatlara görə, Kardiologiya institutunda korrupsiya və rüşvət son həddə çatıb. G.Dadaşovanın gəlişindən sonra qiymətlər dəfələrlə bahalaşıb. Başqalarının uzun illərə əldə etdiklərini az vaxtda qazanmağı qarşısına məqsəd qoyan G.Dadaşova öz komandasına hər gün daha amansız olmağı tapşırır. Nəticədə Kordiologiya İnstitutu artıq sadə insanlar üçün əlçatmaz olub.İcbari tibbi sığortanın tətbiqindən sonra vəziyyətin dəyişəcəyinə ümid bəsləyənlər isə yenə də yanılıblar. Belə ki, pulsuz səhiyyə xidmətləri göstərilməli olan Kardiologiya institutunda qiymətlər bir az da bahalaşıb. Deyilənlərə görə, buradakı qiymət artımları o həddədir ki, hətta Tarif Şurası belə təəccübünü gizlətmir.
Göründüyü kimi, Kardiologiya İnstitutunda baş verənləri ürək ağrısız oxumaq olmur. Amma, nədənsə bütün bu qanunsuzluqlar, özbaşınalıqlar sanki Səhiyyə Nazirliyinin ürəyincədir. Görünür, G.Dadaşova ürək üzrə mütəxəssis olduğu üçün hamının ürəyini ram etməyi yaxşı bacarır. Yəqin bu səbəbdəndir ki, heç kim onun ürəyini qırmır. Hər halda bu işin içində böyük bir Hikmət var. Bu Hikməti çözmək isə əlaqədar qurumların vəzifəsidir! //cumhuriyyet.az//
Elmi-Tədqiqat Kardiologiya İnstitutu ŞƏXSİ MÜLKDÜR? - İLGİNC FAKTLAR
04
may
12:22

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Elmi-Tədqiqat Kardiologiya İnstitutu ŞƏXSİ MÜLKDÜR? - İLGİNC FAKTLAR
Kardiologiya İnstitutu: Səhiyyə sisteminin ÜRƏKAĞRISI... - İTTİHAM
Gülnaz Dadaşova Kardiologiya İnstitutunu məhv edib…. - Peşəkar kadrlar işdən qovulur və yerinə….
Kardiologiya İnstitutunun şübhəli TENDERYEYƏNİ... - İLGİNC FAKT
Tanımış həkim koronavirusdan vəfat etdi
“Sobsan” boya alıcıları aldadır- Bir vedrə 10 kq boya realda 6 kq olur
“Sobsan Boya” və Səhiyyə naziri Oqtay Şirəliyevin şərikli biznesi-“Sobsan Boya” fabrikində ÖZBAŞINALIQ
Kardiologiya İnstitutunda DİREKTOR ÖZBAŞINALIĞI - qocaman professorlar sürgünə göndərilir
Kardiologiya İnstitutunda direktor özbaşınalığı: Gülnaz Dadaşova qocaman professorları sürgünə göndərir
“Sobsan Boya” və milli səhiyyəmiz.... - “Sobsan boya” Kardiologiya İnstitutunun ərazisini almaq istəyir ?
Kardiologiya İnstitutu əlil olmaq istəyənlərə SAXTA DİAQNOZLAR YAZILIR? - ŞOK SƏNƏDLƏR
Vüqar Qurbanovdan qalmaqallı direktorun yerinə TƏYİNAT
"Kabinetimdəki kreslomu özümlə apardım" - İşdən çıxarılan direktor
Elmi-Tədqiqat Tibbi Bərpa İnistutu yeni rəhbərliklə YOLLAŞMIR... - NARAZILIQ VAR!
COVID-19 vaksinləri "AY.4.2" ştamından qoruyur? - RƏSMİ AÇIQLAMA
Professora TƏBİB-də vəzifə verildi - Foto
Əməkdar həkim vəfat etdi - FOTO
Bu instituta əlavə səlahiyyət verildi - Əli Əsədovdan QƏRAR
Azərbaycanda institut direktoru vəfat etdi
Bir gündə AMEA-nın iki alimi dünyasını dəyişdi
Zöhrab, Cavid, Araz Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki…- “Sobsan”nın şəriklərindən biri də sabiq səhiyyə naziri Oqtay Şirəliyevin qudasıdır...
AMEA-da plagiatlıq edən direktorun yerinə TƏYİNAT
Elmi-Tədqiqat Pediatriya İnstitutuna yeni direktor təyin olunub - Foto
Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində rüşvət belə alınır-VİDEO
5 saylı Kliniki xəstəxananın baş həkimi Fazil AL-məmmədov ancaq ALmağı bilir…- O da həbs oluna bilər...
Vüqar Qurbanov qalmaqallı direktoru İŞDƏN ÇIXARDI - FOTO
Vüqar Qurbanov bu xəstəxanaya direktor TƏYİN ETDİ (FOTOLAR)
Zərifə Əliyevanın doğum günüdür
Bu xəstəxanalar Bakı Baş Səhiyyə Mərkəzinə birləşdirildi - SİYAHI
Cəfər Cəfərovun Prezidentə «ŞÜBHƏLİ SƏDAQƏTİ» -
- Hindistanda qatar qəzasında ölənlərin sayı 294 nəfərə çatdı
- Almaniyanın məşhur rok qrupu dağılır
- Türkiyədə sərnişin daşıyan iki avtobusun toqquşmasını əks etdirən dəhşətli görüntülər
- Bu gün I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilir
- Aleyna Tilkidən NASA-ya qəribə çağırış: “Yadplanetlilərlə görüşmək bizim haqqımızdır”
- Çavuşoğlu və Hulusi Akar nazir postundan GETDİ
- Türkiyənin yeni müdafiə naziri o oldu
- Türkiyənin yeni XİN rəhbəri kimdir?
- Süleyman Soylunu o əvəz etdi
- Misirdə qum fırtınasının dəhşətli görüntüləri yayıldı
- Bu gün Bakının bir küçəsində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq
- ABŞ vətəndaşlığı olan şəxs Türkiyədə nazir təyin olundu
- Azərbaycanda ərzaq məhsullarının qiyməti azala bilər
- Qubadlıda çətənə kolları aşkarlandı
- İlkin Süleymanov son sözündə nələrdən danışdı? - Hakim müdaxilə etdi
- Yeni işindən 2.5 milyon qazanacaq
- Qadın sağlamlığı üçün ən faydalı mineral
- İlham Əliyev və Ərdoğanın salamlaşma anı Külliyədə coşğu ilə qarşılandı - VİDEO
- Erməni qadınlara hərbi xidmət üçün bir milyon təklif olunur
- Çeçen deputat Priqojini “söhbətə” çağırdı: “Yeri və vaxtı de!”
- Netanyahu: “İsrail İranın nüvə silahı əldə etməməsi üçün hər şeyi edəcək”
- Bayden yenə yıxıldı
- NASA tarixində ilk dəfə UNO görüntüləri ictimaiyyətə nümayiş etdirildi
- Hər gün portağal suyu içənlərə XƏBƏRDARLIQ