“Relax” Ailəvi İstirahət Mərkəzində Yeni İl Şənliyinə Hazırlıq Gedir?-Fotofakt+Video
18-12-2020, 00:52
332

“Relax” Ailəvi İstirahət Mərkəzində Yeni İl Şənliyinə Hazırlıq Gedir?-Fotofakt+Video

Bütün dünyanı, o cümlədən Azərbaycanı öz cənginə alan, milyonlarla insanın ölümünə səbəb olan, Koronavirus xəstəliyinin tüğyan etdiyi bir vaxtda, Lerikin Millət Vəkili İqbal Məmmədovun qalmaqallı “Relax” ailəvi istirahət mərkəzində yeni il şənliyinə ciddi hazırlıq işləri görülür.
Koronavirusun (Covid 19) tüğyan etdiyi, hər gün onlarla can xəstəliyin qurbanı olduğu və həkimlərin həyəcan təbilinin ölkənin bir başından digərinə yayıldığı zaman Lerikin deputatı İqbal Məmmədov Relax istirahət və əyləncə mərkəzində çal-çağır qurub, yeni il şənliyi keçirmək eşqinə düşüb. Bu məsələnin səhiyyə tərəfidir. Lakin, mənəvi tərəfi isə daha acınacaqlıdır. Lerik rayonu Vətən uğrunda 70-dən çox şəhid verdiyi halda, məsum canların 40-ı hələ çıxmazkən, ailələrinin yarası təzəikən bu nə vur çartlasın, bu nə toy bayramdır?!
Bu haqda Emil Cəfərov adlı sosial şəbəkə istifadəçisi paylaşım edib:

Həqiqətən Azərbaycanın Qarabağın azadlığı uğurunda minlərlə şəhid verdiyi bir dönəmdə, neçə-neçə anaların gözləri yaşlı qaldığı bir zamanda, koronavirusun sürətlə yayıldığı bir zamanda sevinərək Yeni il şənliyinə hazırlaşmaq ən azından şəhidlərimizə hörmətsizlikdir.
Mətbuatda mütamadi olaraq Lerik rayonunda yerləşən “Relax” istirahət mərkəzi rəsmi rəqəmlər turizm fəaliyyətilə bağlı vergidən yayınma hallarının olduğu haqda açıq şəkildə yazılar dərc olunsa da, bu istirahət mərkəzi Millət Vəkili İqbal Məmmədovun sayəsində hələ də fəaliyyət göstərməkdədir.
Hamımıza məlumdur ki, ötən il “Relax” istirahət mərkəzinin rəhbərliyində təmsil olunan bir qrup şəxs oraya yoxlama üçün gələn Vergilər Nazirliyi əməkdaşlarına müqavimət göstəriblər.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları çağırılıb. Buna baxmayaraq, dövlət qurumunun nümayəndələrinin vəzifələrini icra etməsinə imkan verilməyib və qarşıdurma yaranıb.
Həmçinin  məlumata görə, istirahət mərkəzinin rəhbəri, deputat İqbal Məmmədovun oğlu Mirhəmid Nərimanlı da daxil olmaqla 6 nəfər tutulub. Mirhəmid Nərimanlı, onun yaxın qohumları Orxan Nərimanlı, Pərviz Əsgərov, Famil İmanov, Rəhim Şahverdiyev və Amil Abbasov saxlanılıblar.
Olanlara baxmayaraq, İqbal Məmmədovun SOCAR şefi Rövnəq Abdullayevlə yaxın dostluğu və şərikliyi olduğundan düşdüyü bəlalardan rahat şəkildə çıxa bildiyi məlum olur.
Əldə etdiyimiz məlumata görə, sözü gedən istirahət mərkəzi vaxtı ilə böyük söz-söhbətə səbəb olduğundan İqbal Məmmədov öz yaxının adından çıxardaraq başqa adamın adına keçirdib.

PS. İnanırıq ki, bizim bu yazımızdan sonra Tanınmış Millət Vəkili və iş adamı İqbal Məmmədov “Relax” istirahət mərkəzini “Yeni il şənliyi qeyd etmək sevdasından” çəkindirib Azərbaycan qanunlarına hörmətlə yanaşacaq!
 
Qarşı tərəfin mövqeyini dinləyib dərc etməyə hazırıq.

Oxşar xəbərlər

İqbal Məmmədovun 200 minlik lüks avtomobili - Foto
Fürsətkeş deputat xalqın başına gələn bəladan da dividend qazanmaq istəyir
İqbal Məmmədov karantin qaydalarını pozdu – Maskanı çənəsinə taxdı - FOTO
Lerikin icra başçısından Prezidentə şikayət olundu - MƏTN
Oğuzda istirahət mərkəzində cinayət
Deputatın istirahət mərkəzi bələdiyyə büdcəsinə niyə vergi ödəmir? — RƏSMİ AÇIQLANDI
Koronavirus yayan hazırlıq kursları
Daha bir istirahət mərkəzində karantin qaydaları pozuldu
Lerikin icra başçısı ilə bağlı daha bir iddia - VİDEO
Dövlət kanalında QALMAQALLI DƏYİŞİKLİK - AzTV sədri daha bir qohumuna yüksək vəzifə verdi
Əli Həsənovun Antalyadakı villasının qiyməti neçəyədir? - FOTO
Şəhid ailələrinə və qazilərə hansı güzəştlər ediləcək? - Deputatdan açıqlama
Şaxta baba 118 nəfəri koronavirusa yoluxdurdu
Millət vəkilindən nəqliyyatda sıxlıqla bağlı HƏYƏCAN TƏBİLİ
Millət vəkilləri şəhid ailələrin ziyarət ediblər - FOTO
Şuşa uğrunda şəhid olan müəllim - FOTO
Baş nazirin qohumu Şuşa uğrunda şəhid olub
Faiq Ağayevdən yeni mahnı: “Sən qalibsən“ - Video
Ermənilər Kəlbəcəri turizm mərkəzinə çevirir - Foto
Bura tibb ocağıdır, yoxsa XƏSTƏLİK MƏNBƏYİ? - FOTOFAKT
Mehdiyevsayağı toy ənənəsi geniş addımlarla irəliləyir: “Sadəcə oturmuşdular”
Lerik təhsilində vəzifə bölgüsü və yaxud qohumbazlıq? – VİDEO
Xanım deputat yenə qəzəb yaratdı FOTO
Şəhid ailələri və müharibə əlillərinə yeni evlər verilib
“Cənnət bağı”nda minlərlə ağac kəsilib - Cinayət işi başlandı
Bakıda yeni "mall" tikilir
Azərbaycanda 4 gün ardıcıl qeyri-iş günü olacaq
Lerikdə təhsildən başqa hər şey var
Krallıqda 40 min insan öləcək - Hökumətə sərt ittiham