Birdəfəlik ödəmə ilə bağlı müraciətlərin qəbulu başa çatdı
27-04-2020, 11:00
431

Birdəfəlik ödəmə ilə bağlı müraciətlərin qəbulu başa çatdı

Birdəfəlik ödəmə ilə bağlı müraciətlərin qəbulu başa çatıb.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Milli.Az-a bildirilib.
Qeyd edilib ki, pandemiya ilə əlaqədar ölkəmizdə geniş miqyas alan sosial dəstək tədbirlərindən biri kimi iş yerlərinin qorunması təmin olunmaqla, məşğulluq imkanlarının artırılması üçün mühüm addımlar atılır, işsiz və xüsusi karantin rejiminə görə işini itirən aztəminatlı şəxslərin birdəfəlik ödəmə (190 manat) ilə təminatı proqramı icra olunur.
Bildirilib ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, ödənişli ictimai iş yerlərinin sayının 90 minə çatdırılması üçün işlər aparılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST İş Mərkəzi vasitəsi ilə son günlərdə əlavə olaraq 18 min nəfər ödənişli ictimai işlərə cəlb olunmaqla, bu işlərdə çalışanların sayı 55 minə çatdırılıb.
Eyni zamanda, dövlət başçısının göstərişi ilə birdəfəlik ödəmə proqramının əhatə dairəsi 3 dəfə artırılmaqla, proqramın əhatə etdiyi aztəminatlı şəxslərin sayı 200 mindən 600 minə çatdırılıb.
Bu günədək onlardan 400 min şəxsə birdəfəlik ödəniş təyin edilib və müraciətlərə baxıldıqca nəticəsinə uyğun daha 200 min şəxsə də ödəniş aparılacaq.
Ümumilikdə isə, işsiz və xüsusi karantin rejiminə görə işini itirən aztəminatlı şəxslər tərəfindən birdəfəlik ödəmə ilə bağlı e-sosial.az portalına edilən müraciətlərin qəbulu artıq yekunlaşıb.
Daxil olmuş müraciətlərin emalı prosesi isə davam edir. Birdəfəlik ödəmələrin təyinatında ünvanlılıq prinsipi üstün tutulur. Xüsusilə aprelin 1-dək işsiz kimi qeydə alınan, çalışdığı qeyri-formal iş yerini xüsusi karantin dövründə itirən, ailə gəlirlərinin daha aşağı səviyyədə olduğu (e-informasiya bazalarının məlumatları əsasında) müəyyən edilən şəxslər diqqətdə saxlanır.
Bununla belə, aztəminatlı işsiz şəxslərlə bağlı bir çox istiqamətlərdə sosial dəstək tədbirləri davam edir:
- Həmin şəxslərin işlə təminatı, bunun üçün onlara vakansiyalar, habelə ödənişli ictimai iş yerləri təklif olunur.
- İş tapmaqda çətinlik çəkənlərin peşə hazırlığına cəlb edilməsi işləri aparılır.
- Kiçik ailə təsərrüfatlarını qurmaq üçün maddi imkanları olmayanlara özünüməşğulluq proqramı çərçivəsində dəstək göstərilir. Bu il minimum 12 min ailə üçün belə təsərrüfatlar qurulur, onlara gəlir əldə etmək imkanları yaradılır.
- Qeyri-rəsmi çalışanların müəyyən edilməsi və onların əməyinin rəsmiləşdirilməsi üçün tədbirlər görülür.
- Mövcud vəziyyətdə maddi çətinlikləri olan ailələr hazırda ölkədə geniş miqyas alan sosial dəstək aksiyalarından yararlanır. Təkcə aprel ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və sosial tərəfdaşlarla birgə belə ailələrə 28 min ərzaq payı verilib.
Daha 30 min ərzaq payının verilməsi nəzərdə tutulub.
- Gəlirləri ehtiyac meyarından aşağı olan ailələrin ünvanlı dövlət sosial yardımı proqramı ilə əhatə olunması işləri aparılır. Proqramın şərtləri də yumşaldılır ki, bu da sosial yardım alanların sayının artmasına imkan verib. Təkcə aprel ayında əlavə olaraq 12 min (50 min ailə üzvü) ünvanlı yardım təyin olub və bu yardımı alanların sayı 82 minə (340 min ailə üzvü) çatıb.
Beləliklə, dəstəyə ehtiyacı olan şəxslər müəyyən edilməklə onlarla bağlı bütün istiqamətlərdə sosial müdafiə tədbirləri həyata keçirilir.

Oxşar xəbərlər

Daha 10 min şəxs ödənişli ictimai işlərə cəlb olunub
İki və daha çox avtomobili olan 19 200 şəxsə də birdəfəlik ödəmə verilməsindən imtina edildi
Nazirlik daha 35 min işsiz üçün birdəfəlik vəsaiti köçürdü
Sahil Babayevdən pandemiya dövründə iş yerləri ilə bağlı AÇIQLAMA
41 min şəxsə birdəfəlik ödəmə verilməsindən imtina edildi - SƏBƏB
190 manatlıq ödəmə maydan sonra da veriləcək? - Nazir müavini açıqladı
Hökumətin antiböhran proqramı və ya sosial dövlətin Azərbaycan modeli -
13 min şəxsin birdəfəlik ödəməsi ləğv edilib - Rəsmi
Neçə icra başçısının başı ağrıyacaq
May ayında koronavirusa görə birdəfəlik ödəmə bu yolla veriləcək - Nazir müavinindən AÇIQLAMA
190 manatın verilməsi başa çatdırıldı
Nazirlikdən xaricdən qarayaxma aparan həmvətənlərimizə ETİRAZ: “Onlar öz etik səviyyələrinə görə...”
Bu gündən 190 manatın verilməsinə BAŞLANILDI
Nazirlikdən sosial şəbəkədə yayılan foto ilə bağlı açıqlama
190 manatı alacaq şəxslərin siyahısı banklara göndərildi
Avqustun 190 manatı nə vaxt veriləcək? - AÇIQLAMA
Ünvanlı sosial yardım alan ailələrin sayı 82 minə çatıb
Sosial dövlətin Azərbaycan modeli
Koronavirus işləyən və işsizlərin sayını necə üzə çıxardı?
Nazirlikdən şad xəbər - Bu şəxslərə 250 manat pul veriləcək
Neftçalada çətin durum hökm sürür - Sosial yardımın əlçatanlığı necə təmin edilir?
Sahil Babayev: "190 manat yaxın günlərdə veriləcək" - Video
Əhaliyə ŞAD XƏBƏR: yeni doğulan uşaqlara görə müavinətlər...
Valideynləri işsiz kimi qeydiyyata alınmış tələbələrin bu barədə arayış almasına ehtiyac yoxdur
Ünvanlı sosial yardım üçün müraciət zamanı bu məlumatlar tələb edilməyəcək
Sahil Babayev kimlərin sosial müdafiəsini təşkil edir? - Şok detallar
Əlilliyi olan şəxslər evlərində reabilitasiya vasitələri ilə təmin ediləcək
Aztəminatlı ailələrə sosial dəstəklə bağlı rəsmi açıqlama
190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi ilə bağlı qərar verilib
Əcnəbilərə övladlığa verilən uşaqların sayı açıqlanıb