AMEA əməkdaşlarının məzuniyyət müddəti uzadıldı
27-04-2020, 15:00
323

AMEA əməkdaşlarının məzuniyyət müddəti uzadıldı

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin uzadılması ilə əlaqədar akademiya əməkdaşlarının işə davamiyyətinin tənzimlənməsi haqqında” sərəncam imzalayıb.
Sərəncama əsasən, Nazirlər Kabinetinin 31 mart 2020-ci il tarixli qərarına müvafiq olaraq əməkhaqqı saxlanılmaqla AMEA əməkdaşlarının işə davamiyyəti 28 aprel tarixindən 4 may 2020-ci il saat 00:00-dək təxirə salınır. 
Bundan əlavə, AMEA-nın fasiləsiz iş rejimində fəaliyyət göstərən bəzi müəssisə, təşkilat və xidmətlərində təxirə salınması mümkün olmayan işlərin xüsusi əmək rejiminin qaydalarına riayət edilməklə yerinə yetirilməsi tövsiyə olunub.
Xatırladaq ki, Nazirlər Kabinetinin 18 aprel 2020-ci il tarixli qərarına əsasən, ölkə ərazisində xüsusi karantin rejimi 2020-ci il 4 may saat 00:00-dək uzadılıb. Həmçinin, xüsusi karantin rejimi ilə əlaqədar Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən daha əvvəl müəyyən edilmiş bütün məhdudiyyətlər, tələblər və rejimlər həmin müddət ərzində qüvvədə saxlanılıb.

Oxşar xəbərlər

AMEA əməkdaşlarının bir hissəsi işə çıxacaq – SƏRƏNCAM
 Azərbaycanda karantin rejimi yumşaldılır - HANSI QADAĞALAR GÖTÜRÜLDÜ?
Kafe və restoranlar gecə saat 12-ə qədər işləyəcək
Çimərliklərdə ictimai-iaşə obyektlərinin fəaliyyətinə icazə verilib
Azərbaycanda karantin rejimi bu tarixədək UZADILDI - RƏSMİ
Daha bir məhdudiyyət aradan qaldırıldı
AFFA Gənclər Liqasının bərpa tarixini açıqladı
Restoranlarda xidmət tam bərpa edilir
Karantindən çıxan Azərbaycan vətəndaşları yaşayış yerlərinə necə qayıdacaq? - AÇIQLAMA
Sabahdan məhkəmələrin fəaliyyəti tam bərpa olunur
Baş Nazir sərt karantinlə bağlı qərarı təsdiqlədi
Azərbaycanda məhkəmə proseslərinin əksəriyyəti yenidən təxirə salındı
Azərbaycana giriş-çıxış və yerli hava uçuşları DAYANDIRILDI
Tərtərdə uşaq bağçalarının açılması ilə əlaqədar dezinfeksiya və təmizlik işləri aparılır
Bakı metropoliteni gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək
Nazirlər Kabineti xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə qərar verdi
Gələn ay 6 gün İŞ OLMAYACAQ
Bakı, Sumqayıt və Abşeronda məhdudiyyətlər qüvvədə qalır
Abşeron dairəvi dəmir yolundan istifadə edənlərin nəzərinə - Artıq yeni qaydada yoxlanılacaqsınız
Ramiz Mehdiyev təkzib etdi
SMS və icaze.e-gov.az portalı ilə icazə ləğv olunub
Gəncədə karantin rejimini pozan sakinlərə protokol tərtib edilib
Qubada karantin rejiminin tələblərinə əməl olunmasına nəzarət gücləndirilib
Ramiz Mehdiyev ölübmü? - AMEA-dan AÇIQLAMA
Bakı, Sumqayıt və Abşeronda bağçalar nə vaxt açılacaq? - Operativ Qərargah
İri ticarət mərkəzləri sentyabrın 30-dək bağlı qalacaq
Sərt karantin günlərində apteklər hansı hallarda fəaliyyət göstərə biləcək?
Metronun açılmasıyla bağlı qərar verildi, bu tarixdən... - RƏSMİ
Azərbaycanda xüsusi karantin rejimi gücləndirildi - Bu gündən...
Bakı metrosu 72 gün sonra - FOTOLAR