ABŞ nümayəndə heyəti Gömrük Komitəsində
23-09-2019, 19:02
10 949

ABŞ nümayəndə heyəti Gömrük Komitəsində

Sentyabrın 23-də Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ilə Amerika Birləşmiş Ştatları Daxili Təhlükəsizlik Nazirliyi Gömrük və Sərhəd Mühafizəsi İdarəsinin nümayəndə heyətləri arasında Yük Hədəfləmə Sistemi mövzusunda görüş keçirilib.

Unikal.org xəbər verir ki, görüşdə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-mayoru İsmayıl Hüseynov bildirib ki, bu gün dinamik inkişaf edən Azərbaycanda Prezident İlham Əliyev tərəfindən iqtisadiyyatın şaxələndirilməsi istiqamətində aparılan islahatların nəticəsi olaraq bütün sahələrdə inkişafa nail olunub.
Komitə sədrinin birinci müavini qeyd edib ki, bu islahatların tərkib hissəsi kimi, gömrük sahəsində də gerçəkləşdirilən islahatlar nəticəsində mühüm işlər görülüb. Gömrük xidməti beynəlxalq ticarət-təchizat zəncirinin iştirakçısı olaraq gömrük prosedurlarının sadələşdirilməsi və sərhəd-keçid məntəqələrində sürətli keçidin təmin olunması istiqamətində daha müasir innovativ layihələr həyata keçirir.
Bu gün Azərbaycan beynəlxalq ticarət və logistika mərkəzinə çevrilməkdədir-deyə sözünə davam edən İsmayıl Hüseynov onu da diqqətə çatdırıb ki, bu səbəbdən maneəsiz ticarətin timsalında gömrük prosedurlarının sadələşdirilməsi və uyğunlaşdırılması hər zamankından daha böyük önəm kəsb edir.
Komitə sədrinin birinci müavini deyib ki, Azərbaycan gömrüyündə qısa idxal bəyannamələrinin öncədən təqdim edilməsi ilə  risklərin idarə olunması əsasında malların və nəqliyyat vasitələrinin sərhədkeçmə prosesi sürətlənib. Dövlət Gömrük Komitəsinin əsas hədəflərindən birinin də risklərin idarə olunmasının inkişafı olduğunu qeyd edən İsmayıl Hüseynov bu istiqamətdə bir sıra qonşu dövlətlərlə həyata keçirilən məlumat mübadiləsindən, qabaqcıl ölkələrin təcrübəsinin öyrənilməsindən və Azərbaycanda tətbiqinin əhəmiyyətindən də danışıb.
ABŞ Daxili Təhlükəsizlik Nazirliyi Gömrük və Sərhəd Mühafizəsi İdarəsinin attaşesi Surab Bat rəhbərlik etdiyi təşkilat haqqında ətraflı məlumat verib. O qeyd edib ki, 2012-ci ildə idarənin Türkiyədə ofisi fəaliyyətə başlayıb və sərhədlə əlaqədar mübadilə edilən bütün məlumatların toplanması onların fəaliyyətinə daxildir. Regionda etibarlı tərəfdaşlar qazanmaqlarından məmnunluğunu dilə gətirən Surab Bat gələcəkdə digər tərəfdaşlarla da əməkdaşlıqda maraqlı olduqlarını ifadə edib.
Sonra Yük Hədəfləmə Sistemi (ÜGT) və Xarici Elektron Yük Məlumat Mübadiləsi Proqramı (FEDCEP) üzrə mütəxəssislər Anna Peterson və Devid Kinq təqdimatla çıxış ediblər.
Qeyd olunub ki, milli təhlükəsizliyi gücləndirmək məqsədilə gələcəkdə yüksək riskli malları müəyyən etmək üçün xarici tərəfdaşlardan yüklərlə əlaqədar bəyannamələri və digər aidiyyəti məlumatları toplamaq, həmin məlumatlar əsasında profilləri formalaşdırmaq əsas hədəflərdən hesab olunur.
Görüşün sonunda təqdimatlarla bağlı iştirakçıların sualları cavablandırılıb.

Oxşar xəbərlər

ABŞ nümayəndə heyəti Gömrük Komitəsində
Səfər Mehdiyev və müavinləri vətəndaşlarla görüşəcək
Gömrük əməkdaşları üçün seminar keçirilir
Azərbaycana keçmək istəyən şəxsin bel çantasında narkotik aşkarlandı
Ölkəyə qanunsuz yolla gətirilən siqaretlər müsadirə olundu
DGK-dan həbs olunan şöbə rəisi ilə bağlı RƏSMİ AÇIQLAMA
Ölkəyə qanunsuz yolla siqaret keçirmək istədi
Gömrük-sərhəd buraxılış məntəqələrində kompleks tədbirlər həyata keçirilir - Şahin Ələsgərov
Gömrükçülər avtomobildə dərman preparatları aşkarladılar
Gömrük Komitəsinin rəis müavini 3 mərtəbəli obyekt tikir - FOTO
Siqaretləri ehtiyat təkərinin içərisində keçirmək istədi
Rüşvətlə tutulan məmurun rəisi Ramiz Mehdiyevin qardaşı oğludur
Gömrük dərman preparatlarının ölkəyə qanunsuz keçirilməsinin qarşısını alıb
Zelenskidən azərbaycanlı generalla bağlı sərəncam
Ölkəyə gizli yolla 243 ədəd kosmetik vasitələr keçirmək istədi
Səfər Mehdiyev deputata savaş açır..
Gömrük rəisinin müavini milyonluq obyekti hansı vəsaitlə tikir? - FOTO
Xarici səfirlikdə işləyənlər maşın alveri edirmiş
Azərbaycanda daha bir həkim koronavirusdan sağaldı
DGK: Bəyannamə sayından asılı olmayaraq güzəşt qüvvədə qalır
Gömrük generalının oğlunun İngiltərədəki şirkətləri - Fotolar
Gürcüstandan gələn "Opel"də siqaret və spirtli içkilər aşkarlandı
Dövlət Gömrük Komitəsi nə zaman YOXLANILACAQ?
Səfər Mehdiyev ha əsaslandırmağa çalışsa da... - NARAZILIQ...
Orta bal göstəricilərinə görə fərqlənən universitetlər - SİYAHI
Bakı Baş Gömrük İdarəsində nə baş verir?
Telman İsmayılovun "Rolls-Royce"u hərracda 3 dəfə uzuzlaşdırıldı
Deputat: “Gömrük Komitəsi ayrıca qurum kimi ləğv edilməlidir”
“Azərbaycan xalqı dünyanın ən çox dərman yeyənləri siyahısındadır” – Qubad İbadoğlu
Gömrük Komitəsinin binası söküləcək