Manaf Ağayev Buzovnadakı dəbdəbəli villasını nümayiş etdirdi - FOTO
5-05-2020, 12:00
286

Manaf Ağayev Buzovnadakı dəbdəbəli villasını nümayiş etdirdi - FOTO

“Evdə oturmaq olmur. Təmiz havaya çıxmaq lazımdır. Ona görə də, gəlmişəm Buzovnadakı bağıma. Mənim işim elə qonaq qəbul etməkdir”.
Bu sözləri müğənni Manaf Ağayev ATV kanalında yayımlanan “Bizimləsən” sosial-ictimai proqramına “Skype” vasitəsilə onlayn qoşulma zamanı deyib.
Verilişin aparıcısı Zaur Baxşəliyevin sənətçiyə ünvanladığı “Səs gəlir qulağıma. Yanında kimsə var?” sualına Manaf belə cavab verib:
“Bağımda, əslində, çox adam var: bağban, mühafizəçi, oğlum Elçin gəlib yanıma”.

M.Ağayev övladlarından ayrıca söz açıb:
“Oğullarımdan biri icbari sığorta agentliyində, o biri isə bankda işləyir. Qızımla bir oğlumun ifaçılıq istedadı olsa da, onların elə dövlət işində işləmələri daha yaxşıdır. Uşaqlarım çox savadlıdır. Hamısı ali təhsillidir. Onlar Manaf Ağayevin adı ilə deyil, öz bilikləri ilə universitetə daxil olublar. Övladlarımla fəxr edirəm”.
Daha sonra sənətçi sağlamlığında ciddi problemlərin olduğunu söyləyib:
“35 ildir ki, sənətdəyəm. Gəzmədiyim yer yoxdur. Əzab-əziyyətlə, alın tərimlə bunları qurmuşam, canım xəstə düşüb. Heç kimin indiyə kimi pulunu kəsməmişəm, oğurluq etməmişəm. Hamısını özüm etmişəm. Oruc tutmasam da, uşaqlarımın hamısı tutur. Çoxlu dərman qəbul edirəm. Bir az ağrılarım var, müalicə alıram. Bu da düzələr”.
Proqramın gedişatında sənətçi Zaurun təkidi ilə dəbdəbəli bağ evini kameralar önündə sərgiləyib.





Qeyd edək ki, M.Ağayevin iki oğlu, bir qızı var. Sənətçi böyük oğlu Elçini iki il öncə evləndirib. Bu toy mərasimi mediaya qapalı şəkildə keçib. Bir neçə ay öncə isə müğənninin ikinci oğlu Müşfiq nişanlanıb.

Oxşar xəbərlər

“Manafın namusu namusumdur, qeyrəti qeyrətimdir”
Günay İbrahimli: “Hamının toyuna gedirəm, amma öz toyumda artıq adam istəmirəm”
Baş infeksionistdən Zaur Baxşəliyevin tənqidlərinə CAVAB: “Onun haqqında yüksək fikirdə idim”
Əməkdar artistdən gözlənilməz etiraf: “Dərdimdən ölən var” - FOTO
Azərbaycanlı parapsixoloq villasını 650 min manata satır - VİDEO
Zaur ona ev bağışlayan məşhur iş adamından danışdı - VİDEO
“Xalqın pis günündə sənət adamları küçələrdədir” - VİDEO
Mirşahin Ağayev koronavirusa yoluxub
“Kişi idealım Kvazimodadır”
AzTV-nin bədii rəhbəri Xalq artistini tənqid etdi: “Tünzalə qatıldığı tədbirlərdə hər şeyi diktə edir” - VİDEO
Nigar Camal: “Eldar nə vaxt elçi göndərsə...” - VİDEO
“Azərbaycanlıların rus dilindəki ləhcəsi paxlava kimi şirindir” - FOTO
"İndiki estrada ifaçılarının səviyyəsi aşağıdır" - Eldar Mansurov
"Elçibəyə dedim ki, bu adamlarla hakimiyyətə gəlmək olmaz" - Kamran Həsənli
“Varlıdan tutmuş kasıba qədər hamı əziyyət çəkir”
Rozadan etiraf: “Karantin dövründə ana oldum” - FOTO
Azərbaycanlı cazibədar aktrisa: “Ev yıxıram” - VİDEO
“Mənə söyüşlər yazmayın, qarğış etməyin” - VİDEO
"Bakı Kart"dan istifadə edənlərə ŞAD XƏBƏR: BU TARİXDƏN...
“Kəramət Böyükçöllə ciddi danışmalıyıq” - Mirşahin qəzəbləndi
“Başımı itirmişəm, nə edəcəyimi bilmirəm” – Ölmüş erməni əsgərin anası fəryad edir
Xalq artisti Faiq Ağayev Dövlət Statistika komitəsinə müraciət edib.
Qəzənfər Ağayev hökumətdən küsüb? – İddia
Oğuzda gəlin 73 yaşlı qayınatasını döydü
Roza Zərgərli illər öncə ona sponsorluq edən şəxsin adını açıqladı - VİDEO
"Azərbaycan Sığortaçılar Assosiasiyası"nda yeni təyinat olub
Elə bil bu adda icra başçısı yoxdur... - Qəzənfər Ağayev rayonu da, özünü də təcrid edib...
Bu da Təranə və Musanın Ermitaja oxşayan villası
Aşıq Zülfiyyənin ailəsində bədbəxt hadisə - FOTO
“Mən metrodan istifadə etmirəm, heç açılmasın...” - Nadir Qafarzadə