Bu vəkillik deyil,  Nurlana Quliyeva - Vəkillər Kollegiyasının sədri Anar Bağırov belə vəkillər barədə nə düşünür ?
18-02-2021, 00:52
1 894

Bu vəkillik deyil, Nurlana Quliyeva - Vəkillər Kollegiyasının sədri Anar Bağırov belə vəkillər barədə nə düşünür ?

 Vəkillər Kollegiyasının sədri Anar Bağırov belə vəkillər barədə nə düşünür ? 

Sivil dünyada məhkəmə-hüquq  sistemini  vəkillik institutu olmadan təsəvvür  etmək mümkün deyil. 
Ancaq etiraf  etməliyik ki, uzun müddət  birgə yaşadığımız  sovet məkanında vəkillik formal  səciyyə daşıyıb. Ona görə də, müstəqillik əldə etmiş  sovet respublikalarında  vəkillik qurumu indi-indi tədricən real  məzmun kəsb edir. 
Azərbaycan Respublikası Vəkillər Kollegiyası da son illərdə ölkədə aparılan məhkəmə-hüquq sistemindəki  islahatların nəticəsi olaraq  cəmiyyətdə ciddi qəbul olunur.
Vəkillər  Kollegiyasına hörmətli  Anar  Bağırovun sədrlik etməsi  qurumu  hüququ pozulan insanların ümid yerinə  çevirib. Və vəkillik institutunun son illərdə təkmilləşdirilməsində Anar Bağırovun xidmətləri danılmazdır.
Ancaq köhnə metodlardan əl çəkə bilməyən, özünün merkantil maraqlarını vəkil adından yuxarı tutan bəzi vəkillər  bu qurumun adına yumşaq desək kölgə salırlar. 
Belə vəkillərdən biri də Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nurlana Quliyevadır. 
Nurlana Quliyeva  vəkillik fəaliyyətindən əlavə həm də  2020-ci ildə  15 saylı Yasamal birinci seçki dairəsindən deputatlığa namizəd olub. 
Vəkilin əsas missiyası ƏDALƏT-in tərəfində durmaq, ƏDALƏT-lə dost olmaq, HAQQ-la, HÜQUQ-la birgə olmaqdır.
Vəkil Nurlana Quliyeva isə nəinki məhkəmə prosesində, hətta istintaq zamanı özünü çox aqressiv aparır, qarşı tərəfi şantaj etməkdən, qarşı tərəfə hədə-qorxu gəlməkdən,özünün müdafiə etdiyi tərəfin əvəzindən suallara belə cavab verməkdən çəkinmir.Hətta Nurlana xanım yüksək qonorar müqabilində müdafiə etdiyi dələduzların törətdikləri cinayətləri görməzdən gəlib və qadınlığından istifadə edərək, vəkillik qaydalarını pozaraq qarşı tərəfi üzləşdirmə zamanı hər hansı bir cinayəti törətməyə vadar edir.Bu vəkil sanki özünü müstəntiq,prokuror və hakim kimi aparır.Hətta hansı zalda olmasından asılı olmayaraq burda qanun mənəm deyir.Azərbaycan Respublikasının Konsitutsiyasına qarşı çıxan hər bir şəxsin cəzasını hüquq normalarını mükəmməl bilənlər bilir,xanım Quliyeva!

Sizin özünüzü bu cür aparmağınız nə vəkillər kollegiyasının nizamnaməsində yazılıb,nə Ədliyyə Nazirliyində, nə də Konsitutsiyamızda
Biz sizin hərəkətlərinizdən yazılı şəkildə vəkillər kollegiyasına və ədliyyə nazirliyinə qəzetimiz vasitəsi ilə müraciət edirik.Sizin fəaliyyətinizin yoxlanması bir çox məqamların üstünü açacaq.
Bu xanım vəkil yönləndirici  suallarla qarşı tərəfi müdafiəsiz vəziyyətə salmağı özünə vəkillik hesab edir. Hansı ki bütün bunlar məhkəmə-hüquq sistemində yolverilməzdir. 
Bütün bunlar azmış kimi vəkil Nurlana Quliyeva istintaq zamanı özünü sanki sosial şəbəkələrdəki kimi hiss edir, qarşı tərəfə, hətta hakimə,müstəntiqə qarşı sayğısızlıq göstərir. 
Görəsən bu xanım vəkilin arxasında Ədliyyə Nazirliyindən kim durur ki, bu qədər özünə arxayındır. 
...Əlbəttə, kimisə sosial şəbəkələrdə özünü reklam etməyə görə, cinayət nəzərdə tutulmur. Ancaq hər kəs peşəsinə hörmətlə yanaşmalı və hərəkətləri  peşəsinə uyğun olmalıdır. Yəni vəkilin yerli-yersiz hərəkət etməsi, özünü az qala lokomativ kimi aparması ən azı peşə etikasına uyğun deyil.
Biz hətta deputatlığa namizəd olan zaman Nurlana Quliyevanın modellər kimi seçicilərlə görüşə gəlməsini yada salmaq istəmirik. 
Axı, vəkillik ciddi peşədir. Bu sosial şəbəkələrdə gözəllik müsabiqəsinin yarışlarını paylaşmaq deyil. 
Ona görə də öz fəaliyyətinizlə ciddi peşə olan vəkillik peşəsini cəmiyyətin gözündən salmayın, xanım Nurlana Quliyeva. 
Siz kimlərinsə yox, ƏDALƏT-in dostu olun. 
Ümid edirik ki, yazdıqlarımız  Vəkillər  Kollegiyasına sədri hörmətli  Anar  Bağırov  tərəfindən xoş məram kimi qəbul ediləcək və  ciddi tədbirlər görüləcək.

Oxşar xəbərlər

Yeni yaradılan Qarabağ vəkil bürosu Şuşada yerləşəcək
Vəkillər Kollegiyasına yeni bina veriləcək
Anar Bağırov: “Təsəvvür edə bilməzdim ki, bu, bizim son danışığımızdır”
Azərbaycan və Türkiyə vəkillər Ermənistanın müharibə cinayətlərini birlikdə beynəlxalq hüquq ictimaiyyətinə çatdıracaqlar
“Topçu Vüsal”ın adıyla pul qazanmaq istəyənin kimliyi bəlli oldu
Elman Paşayev qanunu pozduğunu etiraf etdi
Azərbaycanda vəkil koronavirusdan vəfat etdi
Daha bir vəkil koronavirusdan vəfat etdi
Azərbaycanda vəkil məhkəmə zalında həbs EDİLDİ
Kamran Əliyev Nizami Qocayevin oğlunu vəzifəsindən azad etdi
Tanınmış vəkil vəzifəyə TƏYİN EDİLDİ
Erməni vəkillər də Paşinyana qarşı çıxırlar
Ramiz Mehdiyevin yerinə sədr seçiləcək
Moskvada azərbaycanlıya təzyiqə görə erməni məmur işdən çıxarıldı
Məhkəmə qərarını icra etməyən Vəkillər Kollegiyası qazilərə pulsuz xidmət edəcək? - NARAZILIQ!
Ali Məhkəmənin Fərhad Kərimov “kabusu”: - GÜNAHSIZ İNSANLAR NECƏ HƏBS HƏYATI YAŞAYIR?
Qarabağ Qazisi məhkəmələrdə süründürülür - 2 aydan sonra ayrılan vəkil də şikayəti yazmır
Daha bir vəkil koronavirusdan vəfat etdi
Azərbaycanlı milyarderin keçmiş xanımı öz oğlunu məhkəməyə verdi
Yeni mədəniyyət naziri kimdir? - DOSYE
Mübariz Mənsimov bu gün məhkəmədə SON SÖZÜNÜ DEYƏCƏK
Azərbaycanda daha bir vəkil koronavirusdan vəfat etdi
Baş prokurorun həbsdə olan sabiq müavinindən XƏBƏR VAR
Əli Kərimli Ramiz Mehdiyevə işləyib – ŞOK açıqlama
Bakıda vəkil intihar etdi
Generalın işdən çıxarılmasının sensasion səbəbi - 100 min rüşvət alması ilə bağlı səs yazısı var
Baloğlan Əşrəfov yeni Mədəniyyət nazirindən danışdı: “O bilməlidir ki...“
Ədliyyə Akademiyasında elektron tədris platforması yaradılıb
Azərbaycanda dilənçilərə münasibət dəyişəcək? - “Polis onları tutmur, qovur“
Azərbaycanda vəzifəli şəxs COVID-19-a yoluxdu