“Son günlər başa düşə bilmirəm ki, məşhurlar arasında niyə bu qədər aqressiya var və bu haradan yaranır? Bir fotosessiyanın üstündə müğənnilər dalaşıb, bir-birindən inciyirlər”.
Bu sözləri şou-biznesin əkiz bacıları, müğənnilər Sevinc və Sevil Səfərovalar Xəzər televiziyasında yayımlanan “Şən Bazar” səhər şousunda qonaq olarkən deyiblər.
Sevinc Xalq artisti Röya Ayxan ilə Natavan Həbibinin arasında yaşanan imic qalmaqalına sərt reaksiya verib:
“Bu dünya trendidir. Bunu dizaynerlər kəşf edib. Qısa, ultra şort dəbdir, biri geyinir, ikinci geyinəndə deyirlər, təkrarladı. Onda belə çıxır ki, hamımız bir-birimizi təkrarlayırıq. Bu saç düzümünü Rihanna edib (öz saçların göstərir - red), demək mən də ondan götürmüşəm.
Bir az rahat olmaldırlar. Dalaşan hər bir xanımın öz özəlliyi, fərqli təqdimatı var. Fotosessiyaya diqqət yetirsək, görərik ki, hər müğənniyə başqa cür yaraşır. Bunun üstündə dalaşmağa, inciməyə gərək yoxdur.
Röya ilə Natavan bir-birinə oxşamayan xanımlardılar. O boyda sənət, iş qalıb kənarda, iki xanım saç üstündə dalaşır”.

 
Qeyd edək ki, Xalq artisti Röya Ayxanın imic dəyişikliyini edən stilist Anar Ağakişiyev müsahibəsində qarşı tərəfi (Natavan Həbibi - red.) ideya oğurluğunda günahlandıraraq, yaratdıqları qalmaqalı cılız və gülməli adlandırıb.