Kərim Abbasov: “İki ay dəlixanada yatmışam”
18-05-2020, 14:00
460

Kərim Abbasov: “İki ay dəlixanada yatmışam”

“Gülənin min dərdi olur. Həyatım çox ağır keçib. Gülmüşəm ki, heç kim məni ağlayan görməsin”.
Bu sözləri müğənni Kərim Abbasov “Xəzər TV”də yayımlanan “Ay Zaur” axşam şousunda qonaq olarkən deyib.
Sənətçi çətin və ağır keçən həyatından danışıb. Qardaşını və atasını itirən Kərim onların acı taleyindən söz açıb:

“2006-ci ildə iki yaş məndən kiçik qardaşım postlardan birində avtomobil qəzası keçirmişdi - maşını “KamAZ”la toqquşmuşdu. Eyni məhəllədə yaşayan dörd dostun dördü də həmin qəzada dünyasını dəyişdi. Həyətdə hamı özünü itirmişdi. Bilmirdilər, kimin yasına getsinlər.
Atam fəhlə, anam isə bağça müəlliməsi olub. Deyirlər ki, insanın saçı bir günə ağara bilər. Bu kəlməni eşitmişdim, amma görməmişdim. Həmin gün atamın saçı ağardı. O, çox güclü adam idi. Biz onun ağlamağını heç vaxt görməmişdik - ilk dəfə qardaşımın yasında gördüm. Atamın saçı səhər ağarmışdı. Qardaşım evli deyildi. Onun 23 yaşı vardı (ağlayır - red.). Evimizin ən istəklisi idi. Fəhləlik işləyirdi. Elə işli-güclü idi ki... Mənə çox dəstək olurdu. Ondan çəkinirdim, zəhmli insan idi. Anam zəng vurub dedi ki, qardaşın ölüb. Meyitini də anam özü gətirdi. Evə gələndə heç atamın xəbəri yox idi. Qardaşımın meyiti evə gətiriləndə dedik ki, oğlun dünyasını dəyişib.
Atam bir il bundan əvvəl, may ayının 26-da - 69 yaşında rəhmətə getdi. O, 1995-ci ildə miokard infarktı keçirmişdi, əməliyyat olundu. Ölümündən 5-6 ay öncə müalicə olunurdu. Biz elə bilirdik ki, onun problemi ürəyi ilə bağlıdır. Amma böyrəkləri fəaliyyətini itirmişdi. Atamın vəziyyəti getdikcə ağırlaşırdı. Onu böyrəyindəki problemə görə itirdik”.
Proqramın gedişatında K.Abbasov sənətdən və həmkarlarından giley-güzar da edib:

“Qardaşımın yoxluğunu sənətimlə doldurmağa çalışdım. Bu sənət - boş peşədir. Sənətə hər zaman boş baxmışam. Düzdür, qazanmışam, ailəmi dolandırmışam. Üç-beş gün, bir il efirdə görünməsən, heç kimin yadına da düşməyəcəksən. Heç kim səni saymayacaq. Mənim belə illərim çox olub.
İllərlə səhnədə görünməmişəm, həmkarlarımdan kimsə zəng vurub, mənimlə maraqlanmayıb ki, bu ölüb, yoxsa qalıb... Bir dönəm oldu ki, kanallar məni efirə buraxmadılar, embarqo qoydular. Onda gördum ki, bu sənət boşdur. Taleyim, qismətim budur. Başqa peşəni də bacarmıram. Bacarsaydım, başqa işin qulpundan yapışardım”.
Acılı günlərinin həyatında çox olduğunu, dərd-qəm içində yaşadığını deyən müğənni 10 il bundan öncə psixiatriya xəstəxanasında yatdığını da dilə gətirib:

“Kimə maraqlıdır mənim həyatım? Niyə öz dərdimlə insanları yükləməliyəm? Ona görə susmuşam. Omür boyu vurulmuşam, çətinlik çəkmişəm. Sevgi görmədim. Sevgidən kasad oldum. Nəvaziş, tumar görmədim. Mənim kimi dərdi olan ikinci insan yoxdur bu sənətdə. Qapılıram özümə. Musiqiyə qulaq asıram .10 il bundan öncə iki ay dəlixanada yatmışam. Dərdim həddən artıq çoxdur. Böyüklərimə qulaq asmamışam. Ağzımı bağlamışdılar, gözüm kör olmuşdu. Mən bu həyata insan olmaq üçün gəlmişəm, pislik etmək üçün yox. Heç kim deyə bilməz ki, Kərim mənə pislik edib, pulumu kəsib”.
Kərim Abbasov açıqlamasında bildirib ki, yaxın dostu onu aldadaraq, 5 000 manatını mənimsəyib: 
“İnsanlara çox inanıram. Elə buna görə də, ağzım çox yanıb. Üç il bundan öncə oğluma “Sənin əminəm” deyib, evimə gəlib-gedən dostum mənə pul “atdı”. Hələ də bu hadisəyə inana bilmirəm. Məndən 5 000 manat aldı. Əfəl olmuşam. Qoy qada-balam onunla getsin”.

Oxşar xəbərlər

“Bacımın toyunda atam öz əlləri ilə yorğan sırıdı“ - Əməkdar artist
Günay İbrahimli: “Hamının toyuna gedirəm, amma öz toyumda artıq adam istəmirəm”
Hacıqabulda yol qəzası olub, ölən və xəsarət alan var
Məşhur müğənninin evi yandı - Video
Oğlunu qəzada itirən İbrahim Borçalının son halı - Foto
“Maddi sıxıntılarım olanda bankir bacanağıma zəng vururam”
Mətanət Əsədova qəzəbləndi: “Heç kimin heç kimə borcu yoxdur”
Kərim Həbib Kia modellərinin dizaynına cavabdeh olacaq
Əməkdar artist: “Əsəbimdən pulları pilləkənlərə səpdim” - VİDEO
Meyxanaçı Samirə Rusiyada itkin düşüb və döyülüb - VİDEO
İtkin düşən 3 qız Bakıya gələn “KamAZ”da tapıldı - TƏFƏRRÜAT
İmişlidə yük maşınları toqquşdu: Ölən var
Məşhur müğənni dünyasını dəyişdi
"Maşın Şou" - 18 nəfər mübarizəyə başladı - ADLAR
Rozadan etiraf: “Karantin dövründə ana oldum” - FOTO
Əməkdar artistdən gözlənilməz etiraf: “Dərdimdən ölən var” - FOTO
İbrahim Borçalı vəfat edən oğluna yeni ev alıbmış
Manaf Ağayev Buzovnadakı dəbdəbəli villasını nümayiş etdirdi - FOTO
İstefa verən məmur: “Qardaşım məni el arasında biabır etdi”
Roza Zərgərli illər öncə ona sponsorluq edən şəxsin adını açıqladı - VİDEO
Saçı tökülənlər bu qidaları yesin - SİYAHI
"Elə tanınmış müğənni var ki, onun da imkanı yoxdu"
Azərbaycanlı cazibədar aktrisa: “Ev yıxıram” - VİDEO
Deyişməyə kim qaldı ki?...
Aşıq Zülfiyyənin ailəsində bədbəxt hadisə - FOTO
Yaşar Nurinin qızı: “Atamın Firəngiz xanıma qarşı hisləri olubsa, bu, gözəldir...”
“Moyes mənim üçün ata kimi idi”
Əməkdar artist gənc müğənniləri məsxərəyə qoydu: “Hamısının burnu kəsik, dodağı silikondur”
“Mənə söyüşlər yazmayın, qarğış etməyin” - VİDEO